Yaşayış yerləri. Zəngin təbii-coğrafi şəraitə malik olan Atropatena ərazisi tarixən insanın formalaşmasında dünyada ilkin məskənlərdən biri olmuşdur. Bu ərazi cəmiyyət tarixinin müxtəlif dövrlərini özündə əks etdirən abidələr diyarıdır. Urmiya, Ərdəbil, Təbriz, Meşkin, Mərənd, Sərab, Miyanə, Marağa, Zəncan, Maku, Germivə digər ərazilərdə dövrümüzə qədər gəlib çatan mağaralardan tutmuş, Həsənlitəpə, Göytəpə, Qaratəpə, Muğan, Təxti Süleyman, Mərənd, Gənctəpə və sair abidələr tarixiliyi, zənginlik və əzəmətinə görə indi də insanı heyran edir.
Atropatena tarixinin öyrənilməsindəBaruc, Gənctəpə, Təxti Süleyman, Muğan, Ərşə mahalı, Germivə Sərabqazıntıları zamanı aşkarlanan yaşayış yerləri böyük əhəmiyyətə malikdir.
Baruc yaşayış yeri Mərənd şəhərindən 12 km aralıda yerləşir. Ərazidən aşkarlanan qala ərazisindən külli miqdarada maddi-mədəniyyət nümunələri əldə edilmişdir. Bu nümunələrin tədqiqi qalanın Atropatena dövrü yaşayış yerlərindən biri olduğunu sübut etmişdir. Maraqlı burasıdır ki, Baruc yaşayış yerindən tapılan materiallar Germi vəƏrşə mahalı materialları ilə tam eyniyyət təşkil edir. Ərşədən tapılan materiallar Atropatena cəmiyyətinin ictimai-iqtisadi inkişaf səviyyəsini öyrənməyə imkan verir. Bu ərazidə tapılan küp qəbirlər Qafqaz Albaniyası dövrü küp qəbirləri ilə eynidir. Bu hansı isə eyni tayfanın (mütəxəssislərin əkəsriyyəti bu tayfanın skiflərvə ya saklar olduğunu bildirirlər) hər iki dövlət ərazisində yaşadığını göstərir. Germiqazıntıları zamanı tapılan zinyət əşyaları və saxsı məmulatı eramızın I – III əsrlərində artıq Atropatenada sənətkarlığın yüksək inkişaf etməsini göstərir.
Meşkinşəhəri yaxınlığında aşkar edilmiş Sasani şahı Nersi tərəfindən yazdırılmış kitabənin də dövrün siyasi tarixini öyrənmək üçün böyük tarixi əhəmiyyəti var. Ərdəbil, Maku, Sərab və Təbriz ətrafında təsadüfən tapılmış əşyalar da Atropatena tarixinin öyrənilməsi üçün əhəmiyyətlidir. Atropatena tarixinin öyrənilməsi sahəsində bir sıra problemlər vardır. Belə ki, İran tarixçiləri ya Atropatena tarixi yoxmuş kimi sadəcə olaraq bu böyük dövlətin və xalqın tarixinin üstündən keçmiş, ya da onu fars dövləti kimi təqdim etməyəçalışmışlar. Təxti Süleyman istisna olmaqla Atropatena yaşayış yerlərində demək olar ki, tədqiqatlar aparılmamışdır. Güney Azərbaycan İranın tərkibində olduğundan Azərbaycan tarixçilərinin isə ulu əcdadlarının yaratdıqları dövlətin və mədəniyyətin tarixini tədqiq etmək imkanı yoxdur. Azərbaycan tarixçiləri sadəcə hansısa yazılı mənbələr əsasında Atropatena tarixi üzrə müəyyən məsələlərə aydınlıq gətirə bilmişlər.
Atropatenanın paytaxtı, qədim Azərbaycanşəhəri Qazakada ( bu günkü Təxti – Süleyman xarabalıqları) alman vəİran arxeoloqları tərəfindən 8 il müddətində qazıntı işləri aparılmışdır. Həmin qazıntılar zamanı aşkara çıxarılmış bir sıra möhtəşəm memarlıq abidələrinin qalıqları, eləcə də digər maddi mədəniyyət nümunləri Atropatena mədəniyyətinin müəyyən tərəflərinin öyrənilməsinə imkan yaradıb.
Təxti Süleyman Güney Azərbaycanda Urmiya gölünün Cənub-ŞərqindəƏfşar mahalında yerləşir. Bu ərazi Cənub-Şərqdən Zəncan, Şimal-Qərbdən Marağa, Qərbdən Kürdüstanın Sənəndəcvə Bicar şəhərləri ilə həmsərhəddir. Bu ərazidə arxeoloji qazıntılar aparılmasında iki məqsəd güdülürdü:
Parfiya vəSasanilərimperiyası zamanında Atropatenanın paytaxt şəhəri olan Qazakada tarixi mənbələrdə tez – tez adı çəkilən və atəşpərəstlərin ən məşhur məbədi olan Azərgüşnap məbədini tapmaq.
Azərgüşnap məbədinin yeri haqqında mütəxəssislər arasında yaranan mübahisələrə son qoymaq.
Bizanstarixçisi Mitenli Feofana (750-817) görəKiçik Asiyada Lidiya şahı Krzesin xəzinəsinə oxşar Azərgüşnasp məbədininkülli miqdarda olan var dövləti bizanslılar tərəfindən qarət edilmişdir. Həmdullah Qəzviniyə görəmonqolların dövründəAbaqa xan orda olan sarayın təmir edilməsini əmr etmişdir. Atəşgahın yerində məscidin tikilməsi üçün istifadə olunan kaşılar da bunu isbat edir.
Təxti Süleymandakıqala (Şiz qalası) ellips şəklində 12 min kvadrat metrə bərabər olmaqla Şimaldan cənuba uzunluğu 400 metrə, Şərqdən Qərbə isə 300 metrə bərabərdir.
Dairəvi formada olan şəhər divarları 1120 metr uzunluğundadır. Divarlar 3,9 metr enə və 13 metr hündürlüyə malikdir. Qala dəniz səviyyəsindən 2450 m yüksəklikdə olub, ətrfındakı ərazilərdən 18-20 metrə qədər yüksəklikdə yerləşmişdir. Şəhər divarları yonlumuş kiçik daşlar və əhənglə tikilmişdir. Həmçinin divarlar səliqə ilə yonulmuş daşlardan üzlük də çəkilmişdir.