Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universitetinin


Atropatena tarixinə dair qaynaqlar



Yüklə 85,37 Kb.
səhifə15/16
tarix11.06.2023
ölçüsü85,37 Kb.
#128016
1   ...   8   9   10   11   12   13   14   15   16
atropatena

Atropatena tarixinə dair qaynaqlar. Atropatena tarixi haqqında Sasani hökmdarı I Şapur (240-270) tərəfindən Kəbeyi Zərdüştdə yazılmış kitabədən qədim yazılı mənbə aşkar edilməmişdir.Yunan vəlatın dilində olan antik dövr mənbələri Atropatena, onun əhalisi və sairə ilə bağlı nisbətən ətraflı məlumat vardır. O cümlədən Herodot, Miletli Hekatey, Strabon, Tatsit, Plutarx, Plini və başqalarının əsərlərində Atropatena haqqında məlumatlara təsadüf edilir.
Miletli Hekatey (e.ə. VI-V əsrlər) "Yerin təsviri" adlı əsərində Atropatena ərazisində yaşayan tayfalar (xüsusilə maqlar) haqqında maraqlı məlumatlar vermişdir. Skiflərin vəkimmerlərin Əhəmənilər dövlətinin satraplıqlarına (Atropatena ərazisinə) yürüşləri haqqında olan məlumatlara Herodotun (e.ə.484-425) "Tarix" əsərində rast gəlinir. Atropatena haqqında ilk dəfə ətraflı məlumat verən Amasiyalı Strabon (e.ə. I əsr – b.e. I əsri) olmuşdur. Strabon Atropatenanın ərazisi, əhalisi, təsərrüfatı, sakinlərinin etnik tərkibi, məşğuliyyəti, hərbi qüdrəti, qoşunları, adət və ənənələri barədə məlumat vermişdir.
İran tarixçilərindən Cəmaləddin Fəqih, Cavad Məşkur, Əli Sami, Əbülfəzl Nəbii, Rəhim Hüveyda, Seyid Əhməd Kəsrəvi, Seyid Həsən Tağızadə, Səid Nəfisi, ədəbiyyatçılardan Purdavud İbrahim, Məhəmməd Müin, arxeoloqlardan Mahmud Rad, Əli Hakimi, Əliəkbər Sərəfraz və başqaları İran tarixi ilə yanaşı, Azərbaycanın da qədim dövr tarixi ilə bağlı müəyyən araşdırmalar aparmış və fikir bildirmişlər. Bu tədqiqatçılar öz əsərlərində Atropatenanın sərhədləri, faydalı qazıntıları, şəhərləri, tarixi coğrafiyası, sakinlərinin etnik tərkibi, dili, dini görüşü, maddi mədəniyyəti, habelə siyasi tarixi haqqında məlumat vermişlər.
XIX əsrin sonu, XX əsrin əvvəllərində A.Kristensen Sasanilər dövrü haqqında bütün mənbələri gözdən keçirib fundamental tədqiqat əsəri yazmışdır. A.Kristensen həmin əsərindəSasanilər imperiyası tərəfindən tabe edilərək kusta çevrilən Atropatena haqqında da bir sıra dəyərli məlumatlar vermişdir.
Görkəmli şərqşünaslardan N.V.Piqulevskaya, M.M.Dyakonov, İ.M.Dyakonov, V.Q.Lukonin, A.Q.Perixanyan, Z.İ.Yampolski, Ə.S.Sumbatzadə, F.M.Məmmədova, K.H.Əliyev, A.H.Fazili, T.M.Məmmədov, S.Y.Qasımova və başqaları Atropatena tarixinin bir sıra problemlərinə dair tədqiqat işləri aparmışlar.

Yüklə 85,37 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin