Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universitetinin



Yüklə 85,37 Kb.
səhifə4/16
tarix11.06.2023
ölçüsü85,37 Kb.
#128016
1   2   3   4   5   6   7   8   9   ...   16
atropatena

Dövlətin əsasının qoyulması. Makedoniyalı İskəndərinyürüşü ərəfəsindəƏhəmənilər imperiyasının tərkibində olan Qərbi Midiya satraplığı iqtisadi-sosial cəhətdən inkişaf etmiş əyalətlərdən biri idi. Bu əyalətə Azərbaycanın görkəmli dövlət xadimi Atropatbaşçılıq edirdi. Əhəmənilərin sonuncu hökmdarı III Daranın hakimiyyəti dövründəAtropat Midiya satrapı idi. Mənbələrdə bu ada ilk dəfə e.ə. 331-ci ildə təsadüf edilir. Makedoniyalı İskəndər İss vuruşmasından (e.ə.332) sonraKiçik Asiya,Suriya,Finikiya,Fələstin və digər əraziləri işğal etdi. Bu məğlubiyyətdən sonra III Dara yenidən ordu toplayaraq İskəndərin qarşısını almağa səy göstərdi. Lakin İskəndər Dəclə vəFərat çaylarını keçərək e.ə. 331-ci il 1 oktyabrda qədim Assur şəhəri Ərbilin yaxınlığında olan Qavqamel kəndi yaxınlığında III Daranın ordusuna sonuncu və həlledici zərbə endirib onu məğlub etdi. İss savaşı zamanı Atropatın Midiya ordusuna başçılıq etməsi haqqında mənbələrdə heç bir məlumat yoxdur. Lakin güman etmək olar ki, digər satraplıqların satrapları kimi Atropat da İskəndərlə olan hər üç savaşda iştirak etmişdir. Mənbələrdə Atropatın Midiya ordusuna, ancaq Qavqamel savaşında (e.ə.331) başçılıq etməsi haqqında məlumat var.
Makedoniyalı İskəndərin zəfər yürüşlərini qələmə alan Arrianın yazdığına görə,Qavqamel döyüşündə III Daranın süvari kəşfiyyat dəstəsinə başçılıq edənAtropatın bölməsində yarımmüstəqil kadusilər, qafqaz albanları vəsisaklar da iştirak edirdi.
Arrianmaraqlı bir məlumatla da bizi tanış edir. Ölkədə baş vermiş qarışıqlıqdan istifadə edən Bariaks adlı bir nəfər hakimiyyəti ələ keçirir. Arrianın göstərdiyinə görə e.ə. 324-cü ildə özünü Parsua vəMidiya hökmdarı elan etmişdi. Atropat isə onu tutub İskəndərə vermişdi. Bu fakt Atropatın uzaqgörən siyasətçi olduğunu sübut edir. Atropat yaxşı başa düşürdü ki, artıq Əhəmənilər imperiyasını dirçəltmək mümkün deyil. Ona görə də o, İskəndərlə loyal mövqedə dayandı. Atropatın loyal münasibətini görüb ona müsbət münasibət bəsləyən İskəndər bir müddət onu öz yanından buraxmadı. Məşhur Suz təntənəsində iştirak edən Atropat öz qızını makedoniyalıların süvari dəstələrinin başçısı Perdikkiyə ərə verərək onunla qohum oldu. Dövrün siyasi nəbzini tuta bilən Atropat görkəmli diplomat olduğuna görə qarşıya çıxmış ağır şəraitdən bacarıqla istifadə etdi və tədricən düşmən satrapdan etibarlı müttəfiqə çevrildi.
İskəndər Midiyaya gədikdə Atropat onun yaxın adamlar ilə birlikdə qalibin şərəfinə verilən ziyafətdə iştirak edirdi. İskəndər Midiyada olarkən orada bəslənən məşhur Nisa atlarına baxır. O ,50000 atı hökmdar ordusuna götürür. İskəndərin bir sıra siyasi tədbirlərində Atropat şəxsən iştirak edirdi. Arrianın yazdığına görə Atropat İskəndərə 100 nəfərdən ibarət atlı cəsur döyüşçü qadın dəstəsi bağışlamışdı. O, yazır: "Midiya satrapı Atropat İskəndərə 100 nəfər amazonkalardan ibarət dəstə bağışlamışdı. Onlar kişi geyimi geymiş, yüngül silahlarla yaraqlanmışdılar." Qeyd edək ki, Strabon da amazonkaların Qafqaz dağlarında qarqarların qonşuluğunda (müasir Qarabağ-Zəngəzur zonasında) yaşadığını qeyd edir.
Atropat yeganə Əhəməni satrapı idi ki, İskəndər onu vəzifədən kənar etmədi, əksinə bəzi qonşu vilayətlərin idarəsini də ona tapşırdı. Atropatena dövlətinin əsası məhz belə bir tarixi şəraitdə qoyuldu. İskəndərin ölümündən sonra isə bu dövlət qurumu tam müstəqli siyasət yürüdən bir dövlətə çevrildi.
Yeni yaranmış dövlət antik müəlliflərin qeyd etdiyinə görə banisinin adı ilə adlandırılmağa başladı. Mənbələrdə Atropatenanın iqtisadi-ictimai həyatı haqqında bilgilər olduqca azdır.
Lakin mənbələrdən məlum olur ki, istər Əhəmənilərin hakimiyyəti dövründə, istərsə də Atropatidlərsülaləsinin hakimiyyəti dövründə Atropatena ərazisi həm iqtisadi, həm də mədəni cəhətdən qonşu ərazilərdən xeyli öndə idi.
Strabonun göstərdiyinə görə Atropatena hakimlərinin Qazaka (Taxtı Süleyman) və Vera (Marağa) adlı iki paytaxt şəhəri olmuşdur. Qazakada yay, Verada isə Qış sarayları yerləşirdi (Bu fakt Atropatidlərin də digər türk tayfaları kimi müəyyən qədər də olsa köçəri həyat sürdüklərini göstərir). Qazakada bu sülalənin yay, Verada isə qış iqamətgahı yerləşirdi. Qazaka şəhərində (indiki Təxti Süleyman) hələMidiya dövləti dövründən müqəddəs sayılan Azərgüşnasp məbədi mövcud idi.
Tədqiqatçıların əksəriyyəti qəbul edirlər ki, müstəqil Atropatena dövləti Atropatın başçılığı altında e.ə. 223-cü ildə təşkil edilmişdir. Dövlət Atropatnın əsasını qoyduğu Atropatidlər sülaləsi tərəfindən idarə edilirdi. Bu sülalə eramızın III əsrinin I rübünə kimi Atropatenada hakimiyyətdə olmuşdur. Həmçinin müəyyən dövrdən sonra Atropatidlər həm dəParfiya hökmdarları olmuşlar. Belə ki, Parfiya hökmdar III Artabanın anası parflardan (IV Fraatın qızı), atası isə Atropatidlərdən olmuşdur. Beləliklə III Artabandan başlyaraq Atropatidlər həm də Parfiyaya ağalıq etmişlər.

Yüklə 85,37 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin