Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elmi Şurası



Yüklə 149,01 Kb.
səhifə3/4
tarix01.01.2022
ölçüsü149,01 Kb.
#102951
1   2   3   4
3.Cari məsələlər

3.1. ADPU-da professor-müəllim heyətinin seçimi müsabiqəsində iştirak edəcək iddiaçıların fəaliyyətini qiymətləndirmə meyarları təsdiq olunsun.

3.2. Dekan və kafedra müdirlərinə tapşırılsın ki, professor-müəllim seçkisi zamanı hər bir namizədi bu meyarlar əsasında qiymətləndirərək, əsaslandırılmış rəy hazırlayıb kafedra iclaslarında müzakirə etdikdən sonra bu barədə qərar qəbul edib fakültə Elmi Şurasına təqdim olunmasını təmin etsinlər.

4.1. ADPU və filiallarda fakültə Elmi Şuralarının yeni tərkibinin formalaşdırılmasında Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının 13 sentyabr 2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisəsinin fakültə Elmi Şurası haqqında Əsasnamə”ni əsas götürsünlər.

5.1. Ali təhsil müəssisələrində əlavə təqaüd yerlərinin bölgüsü barədə Azərbaycan Respublikası təhsil nazirinin 18 aprel 2019-cu il tarixli F-186 nömrəli əmri rəhbərlik və icra üçün qəbul edilsin.

5.2. Fakültə dekanları və filial direktorları müvafiq qanunvericiliyin tələbləri əsasında ayrılmış əlavə təqaüd yerlərinin bakalavriatura və magistratura təhsil səviyyələrində hər ixtisas üzrə qəbul olunmuş təhsilalanların sayının ali təhsil müəssisəsinə qəbul olunmuş təhsilalanların ümumi sayında xüsusi çəkisinə uyğun tədris illərini gözləməklə bölüb cari ilin mart ayından etibarən təqaüdlərin verilməsini təmin etsinlər.

5.3. ADPU-nun və filialların Maliyyə şöbələri təqdim olunmuş formaya əsasən təqaüd yerlərinin sayının və təqaüd məbləğlərinin artımı ilə əlaqədar 2019-cu ilin sonunadək tələb olunan maliyyə vəsaiti barədə məlumatları müvafiq hesablamalar əlavə olunmaqla qısa müddət ərzində Təhsil Nazirliyinə təqdim etsinlər.

6.1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 20 aprel 2019-cu il tarixli məktubunda qeyd olunduğu kimi, ayrı-ayrı özəl müəssisələrin və QHT-lərin ADPU-da tədbir keçirməsinə, bir qayda olaraq, Təhsil Nazirliyinin razılıq məktubu olduğu təqdirdə şərait yaradılsın.

6.2. Universitetin, fakültələrin və digər strukturların keçirmək istədiyi tədbirlər barədə tədbirdən ən azı 5 (beş) gün əvvəl ADPU-nun rektoru professor Cəfər Cəfərovun adına yazılmış təqdimatla (Təqdimatda tədbirin keçirilməsi məqsədi və əhəmiyyəti, tədbirin keçirilmə vaxtı və yeri, ssenarisi, iştirakçı sayı və dəvət olunan qonaqlar barədə məlumat, qonaqlar barədə qısa məlumat- ad, soyad, ata adı, iş yeri və vəzifəsi qeyd olunmalıdır.) sosial və humanitar məsələlər üzrə prorektor professor Fikrət Rzayeva müraciət edilsin.

6.3. ADPU-nun struktur vahidlərinin təşkil etdiyi tədbirlər keçirildikdən sonrakı iş günü ərzində keçirilmiş tədbir barədə hesabat, video material və fotoşəkillər prorektor_sosial_ve_humanitar@adpu.edu.az emeylinə göndərilsin.

6.4. ADPU-nun iş planına daxil olmayan tədbirlərin universitetin Böyük akt zalında keçirilməsi bir qayda olaraq Sosial və humanitar məsələlər üzrə prorektor professor Fikrət Rzayevin razılığı ilə keçirilsin.

6.5. Azərbaycan Respublikası Təhsil Nazirliyinin razılığı ilə ayrı-ayrı özəl müəssisələrin və QHT-lərin ADPU-da keçirilən tədbirə ayrılan zalların və otaqların ödənişli əsaslarla olması barədə İnzibati və iqtisadi işlər üzrə prorektor Ümid Mehdiyev 1 (bir) ay ərzində təkliflərini hazırlayıb təsdiq üçün rektora təqdim etsin.

6.6. Fakültələrin, ixtisas kafedralarının, Tədris Departamentinin təkliflərini nəzərə almaqla, səriştə yönümlü, təlim nəticələrinə əsaslanmış tədrisin təşkili zərurərini əsas götürməklə, ADPU-da kadr hazırlığı həyata keçirilən baklavriatura və magistratura səviyyələrində müvafiq ixtisaslar üzrə 2019/2020-ci tədris ilinin tətbiq olunmaqla, təkminləşdirilmiş yeni tədris planları (əlavə olunur) təsdiq olunsun.


Yüklə 149,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin