Qərara alır: 1.1.İnsan resursları şöbəsinin fəaliyyəti haqqında şöbənin müdiri Qumral Qədimovanın hesabatı nəzərə alınsın və qənaətbəxş hesab edilsin.
2.1. Fizika və texnologiya fakültəsinin fəaliyyəti haqqında fakültə dekanı dosent Arzu Daşdəmirovun hesabatı nəzərə alınsın və qənaətbəxş hesab edilsin.
2.2. Fizika və texnologiya fakültəsinə göndərilmiş Monitorinq qrupunun hesabatında fakültənin işinin təşkili ilə bağlı göstərilən qeydlər nəzərə alınsın.
2.3. Fakültə dekanına tapşırılsın ki, Monitorinq qrupunun hesabatında göstərilən qeydlər araşdırılsın və bir ay müddətində Elmi Şuraya məlumat verilsin.