Azərbaycan Respublikası Təhsil Nazirliyi “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti Milli Aviasiya Akademiyası



Yüklə 283,39 Kb.
səhifə1/3
tarix16.12.2018
ölçüsü283,39 Kb.
#86167
  1   2   3


Azərbaycan Respublikası Təhsil Nazirliyi

Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti



Milli Aviasiya Akademiyası

RAZILAŞDIRILMIŞDIR” “TƏSDİQ EDİLMİŞDİR”

Azərbaycan Respublikasının Dövlət Mülki Azərbaycan Respublikası Təhsil Aviasiya Adminstrasiyasının direktor müavini Nazirliyi

________________H.M. Əliyev “___”___________2015-ci il “___”___________2015-ci il. tarixli qərarı

(protokol “№ ___________)
Bakalavr hazırlığı üçün

METEOROLOGİYA”


FƏNNİ ÜZRƏ PROQRAM

İxtisas kafedrası: “Hava nəqliyyatı”

İxtisas: 050616 Uçuş mühəndisliyi

Fənni tədris edən kafedra: “Aviasiya meteorologiyası”

Kurs: 2

Semestr: 4

Fənnə ayrılmış saatların cəmi: 150 saat

Mühazirələr: 30 saat

Laboratoriya -

Məşğələ: 30 saat

Kurs işi:

Tələbənin auditoriyadan kənar işi: 90 saat

BAKI-2015

“Aviasiya meteorologiyası” fənni üzrə fənn proqramı

Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən

“____”__________2014-cü ildə təsdiq edilmiş Ali Təhsil Pilləsinin Dövlət Standartı və

«27»noyabr 2014-cü ildə MAA-nın Elmi Şurası tərəfindən təsdiq edilmiş

050616 - “Uçuş mühəndisliyi” ixtisasının tədris planı əsasında tərtib olunmuşdur.


Fənn proqramını tərtib edənlər:

“Aviasiya meteorologiyası” kafedrasının müəllimi _____________ B.M. Məlikov


Fənn proqramı “Aviasiya meteorologiyası” kafedrasının iclasında müzakirə olunmuşdur.


( “____”____________2015-ci il tarixli iclas “___” №-li protokol)
Kafedra müdiri , t.e.d., professor _____________________________N.Ş. Hüseynov
Fənn proqramı “Hava gəmilərinin uçuş istismarı” kafedrasının iclasında müzakirə olunmuş və razılaşdırılmışdır.

( “____”____________2015-ci il tarixli iclas “___” №-li protokol)


Kafedra müdiri, t.e.n., __________________________________ İ.Q. Əmirov
Fənn proqramı MAA-nın “Hava nəqliyyatı” fakültəsinin Elmi Şurasının iclasında müzakirə olunmuş və razılaşdırılmışdır.
( “____”____________2015-ci il tarixli iclas “___” №-li protokol)
Dekan, t.e.n. dos.__________________________________________T.İ.Kərimli

Fənn proqramı MAA-nın Elmi-Metodiki Şurasında bəyənilmişdir.


( “____”____________2015-ci il tarixli iclas “____” №-li protokol)
Sədr, tədris işləri üzrə prorektor, t.e.n., professor ________________Ə.S.Səmədov

Mündəricat




Giriş.......................................................................................................................

4

1.1

Fənnin tədrisinin məqsədi..............................................................................

4

1.2

Fənnin tədrisinin əsas vəzifələri...................................................................

4

1.3

Fənn üzrə bilik və bacarıqlara tələblər.......................................................

4

1.4

Fənnin digər fənlərlə əlaqəsi..........................................................................

5

2.

Fənnin məzmunu............................................................................................

5

2.1

Fənn üzrə saatların bölüşdürülməsi...........................................................

5

2.2

Fənnin mövzular üzrə planı.............................................................................

6

2.3

Fənnin dərs növləri üzrə paylanması............................................................

7

2.3.1

Mühazirə dərslərinin mövzuları və həcmi...................................................

7

2.3.2

Məşğələ (laboratoriya) dərslərinin mövzuları və həcmi.........................

13

2.3.3

Tələbələrin sərbəst işlərinin mövzuları və həcmi...................................

17

2.3.4

Tələbələrin sərbəst işlərinə nəzarət növləri..............................................

18

3.

Fənn üzrə tədris-metodiki materiallar....................................................

20

3.1

Əyani və digər tədris-metodiki vəsaitlərin, metodiki materialların siyahısı.................................................................................................................

20

3.2

Tövsiyə olunan ədəbiyyat.............................................................................

21




















Giriş
Fənn proqramı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.12.20013-cü il 348№-li əmrinə əsasən ali təhsil müəssisələrində bakalavr və magistrların kredit sistemi üzrə tədris prosesinin təşkili və tələbələrin biliklərinin reytinq cədvəli üzrə qiymətləndirilməsi metodikaları əsasında işlənib hazırlanmışdır. Fənn proqramı Milli Aviasiya Akademiyasının 050616 –uçuş mühəndisliyi bakalavrlarının tədrisi üçün nəzərdə tutulmuşdur.

Fənn proqramı əsasında işçi proqram (Sillabus) hazırlanır.

Fənn proqramı müəllim və tələbələrin istifadəsi üçün nəzərdə tutulmuşdur.


    1. 1.1. Fənnin tədrisinin məqsədi

 

“Meteorologiya” fənninin məqsədi hava gəmilərinin təhlükəsizliyi, müntəzəmliyini təmin etmək üçün uçma və enmə, həmçinin uçuş zamanı meteoroloji şəraitin qiymətləndirilməsi baxımından lazımi nəzəri və praktiki biliklərə sahib mütəxəssislərin (mühəndis pilotların) hazırlanmasından ibarətdir.
 

    1. 1.2. Fənnin tədrisinin əsas vəzifəsi



“Meteorologiya” fənninin tədrisi tələbələrin kursun mənimsənilməsinin nəticəsi olan biliklərinə əsaslanır. Kursun əsas vəzifələri:

– əsas atmosfer prosesləri və meteoroloji şəraitlərin tədrisi;

– atmosfer prosesləri və meteoroloji şəraitin hava gəmilərinin enmə, qalxma və uçuşuna təsirinin tədrisi;

– meteoroloji şəraitin aviasiyanın fəaliyyətinə təsirini, meteoroloji təminatın nəzəri və metodiki əsaslarını yaxşı mənimsəməlidirlər.



1.3 Fənn üzrə bilik və bacarıqlara olan tələblər
Fənnin öyrənilməsi nəticəsində tələbələr aşağıdakıları

bilməlidirlər:

  • Atmosferin fiziki xassələrinin hava gəmilərinin istismarına təsirini;

  • Külək və onun parametrlərinin uçuşlara təsirini;

  • Atmosfer hadisələrinin uçuşlara təsirinin qiymətləndirilməsini;

  • Uçuşların meteoroloji təminatı zamanı istifadə edilən beynəlxalq aviasiya meteoroloji kodlarını.

bacarmalıdırlar:

  • Aerosinoptik məlumatların təhlili və işlənməsini;

  • Uçuşların meteoroloji təminatı məsələlərini;

  • Aviasiyanın meteoroloji təminatı zamanı istifadə edilən OPMET məlumatlarının istifadə qaydalarını;

  • Uçuşdan əvvəl və uçuş zamanı meteoroloji şəraiti düzgün qiymətləndirməyi.



1.4. Fənnin digər fənlərlə əlaqəsi

Fənnin öyrənilməsi nəticəsində əldə olunan bilik və bacarıqlar daha sonra tədris olunan uçuş fənlərinin öyrənilməsində, bakalavr və magistr buraxılış işlərinin hazırlanmasında zəruri olaraq istifadə olunacaqlar.




  1. Fənnin məzmunu


2.1 Fənn üzrə saatların bölüşdürülməsi

Uçuş mühəndisliyi ixtisasının tədris planına uyğun olaraq “Meteorologiya” fənni üzrə tədris yükü 150 saat həcmində nəzərdə tutulmuşdur ki, onlardan 30 saat mühazirəyə, 30 saat isə praktiki məşğələlərə (seminarlara) ayrılmışdır. Tələbələrin sərbəst işi (TSİ) 90 saat təşkil edir. Buraya daxildir: Sİ – sərbəst işin yerinə yetirilməsi və təhvil verilməsi; mühazirələrə, seminarlara və kollokviumlara hazırlıq. Sərbəst işin hər biri 1 balla qiymətləndirilir və semestr üzrə cəmi 10 bal təşkil edir. Semestrin sonunda tələbənin fənn üzrə dərsə davamiyyəti maksimum 10 balla, məşğələ dərsləri və kollokviumlar isə 30 balla qiymətləndirilir.

Tədris planına uyğun olaraq fənn üzrə kurs işinin yazılması nəzərdə tutulmayıb. Fənn üzrə qalan 50 ball imtahana ayrılır.

Tədris yükünün 4-cü semestrdə yerinə yetirilməsi nəzərdə tutulmuşdur. Fənnin tədrisi imtahan ilə nəticələnir. Fənn üzrə kreditlərin sayı – 5.





    1. Fənnin mövzular üzrə planı







Mövzunun adı

Dərs yükünün həcmi (saat)


Cəmi


Mühazirə


Məşğələ


Laboratoriya



TSİ*

Sİ*

yerinə

yetirilməsi

1

2

3

4

5

6

7

8

IV SEMESTR

1

Yer Atmosferi

10

2

2

-

4

2

2

Atmosfer təzyiqi və barik sistemlər

10

2

2

-

4

2

3

Havanın temperaturu və rütubətliyi

10

2

2

-

4

2

4

Buludluq və atmosfer yağıntıları

9

2

1

-

4

2

5

İldırımlar

9

2

1

-

4

2

Kollokvium №1

2

-

2

-

-

-

6

Görünüş məsafəsi

10

2

2

-

4

2

7

Buzbağlama

10

2

2

-

4

2

8

Külək.Yuxarı hündürlükdə küləklər

10

2

2

-

4

2

9

Külək sürüşmələri və turbulentlik

10

2

2

-

4

2

10

Hava kütlələri

8

2

-

-

4

2

Kollokvium №2

2

-

2

-

-

-

11

Atmosfer cəbhələri

10

2

2

-

4

2

12

Meteoroloji məlumatlar

10

2

2

-

4

2

13

TAF aviasiya hava proqnozları

10

2

2

-

4

2

14

Sinoptik və hündürlük xəritələri

10

2

2

-

4

2

15

Yer kürəsinin iqlimi-Ümumi məlumat

8

2

-

-

4

2

Kollokvium №3

2

-

2

-

-

-

Semestr üzrə cəmi:

150

30

30

-

60

30

Yüklə 283,39 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin