1.1. Fənnin tədrisinin məqsədi
“Xəzərin hidrometeorologiyası” fənninin tədris olunmasında əsas məqsəd tələbələri Xəzər dənizinin müasir fiziki parametrləri və coğrafi səciyyəsi, burada suyun sirkulyasiyası və axınları, səth dalğa, buz, duzluluq və şəffaflıq rejimləri, iqlim şəraitinin formalaşması, su balansı, səviyyəsinin miqyaslı zaman və məkan dəyişməsi və onun səviyyəsinin uzunmüddətli proqnozu məsələlərinin mahiyyəti tələbələri bilgiləndirməkdir.
-
1.2. Fənnin tədrisinin əsas vəzifəsi
-
Fənnin tədrisinin əsas vəzifəsi meridional istiqamətdə 1200 km uzunluğa malik Xəzər dənizində gedən mürəkkəb xarakter daşıyan, heç bir sututarda analoqu olmayan hidrometeoroloji proseslərin əmələgəlmə və gedişi xüsusiyyətlərini, sahil zonalarına təsiri mexanizmi haqqında tələbələri bilgiləndirmək, külək, dalğa, axın, səviyyə tərəddüdləri və s. kimi həlledici təsirə malik amillərin çoxillik gedişi, dəniz təsərrüfatı sahələrinə təsiri haqqında tələbələrə geniş məlumat verməkdir.
Dostları ilə paylaş: |