Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 1,44 Mb.
Pdf görüntüsü
səhifə10/167
tarix15.05.2022
ölçüsü1,44 Mb.
#115909
1   ...   6   7   8   9   10   11   12   13   ...   167
16 Təsviri incəsənət-kurikulum

Estetik reaksiya   
Təsviri  və  dekorativ  sənət  növlərinə  aid  nümunələr  təbiətin,  ətraf  aləmin 
insanın  daxili  aləminə,  hislərinə,  duyğularına  təsirindən  yaranır.  Şəxsiyyətin 
mənəvi  dünyasında  gözəllik  təsəvvürləri  (meyarları)  halında  formalaşaraq 
incəsənət  əsərlərində  termin  və  anlayışlar,  bədii  ifadə  vasitələri  (rəsm,  heykəl, 
dekor, kompozisiya) şəklində əks olunur. Şüurlu,  mükəmməl  mənimsəmə estetik-
emosional hisslər yaradır. 
Azərbaycan və dünya incəsənəti tarixini təşkil edən əsərlər zaman  keçdikcə 
mədəni,  bədii,  mənəvi  dəyərlərin  ifadəsi  kimi  meydana  gəlmiş  və  toplam  halında 
milli və ümumbəşəri dəyərlərin maddiləşmiş daşıyıcılarına çevrilmişdir. 
Təsviri  incəsənət  əsərləri  ilə  təmasda  olmaq  şagirdə  milli  və  ümumbəşəri 
dəyərlərə  yiyələnməklə  bir  növ  mədəni  mübadilə  prosesini  yaşadır.  Təsviri  və 
dekorativ  incəsənət  əsərlərinin  şəxsiyyətə  göstərdiyi  təsir  nəticəsində  estetik-


12 
 
emosional  meyar  və  normalar,  mənəvi  zənginləşmə  və  mədəni  tolerantlıq 
formalaşır, hissiyyat diapazonu daha da genişlənir. 
Təsviri  və  dekorativ  sənət  əsərlərinin  qavranılması  estetik  zövqün, 
emosional duyğuların kamilləşməsini  və hissiyyat aləminin zənginləşməsini təmin 
edir. İncəsənət əsərlərinə, hadisələrinə və fenomenlərinə  şagird tərəfindən verilən 
estetik  reaksiya  gözəlliyi  duymaq  və  qiymətləndirmək  (dəyərləndirmək) 
qabiliyyətlərinin göstəricisi kimi çıxış edir. 
Təsviri  incəsənət  fənninin  mənimsənilməsi  nəticəsində  formalaşdırılan  və 
inkişaf  etdirilən  bədii  həssaslıq  və  emosional  qavrama  bacarıqları  şagirdlərin 
mənəvi  dünyasını  zənginləşdirir,  onlarda  milli  və  ümumbəşəri  dəyərlərə  hörmət, 
humanizm, şəfqət hislərini qüvvətləndirir. 

Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin