Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 1,44 Mb.
Pdf görüntüsü
səhifə105/167
tarix15.05.2022
ölçüsü1,44 Mb.
#115909
1   ...   101   102   103   104   105   106   107   108   ...   167
16 Təsviri incəsənət-kurikulum

Tədqiqatın aparılması  
Dərslikdə olan materiallar şagirdlərə mənimsənilir. 
Müəllim  şagirdlərə  (Göyçək  Fatma,  Cırtdan,  Tıq-Tıq  xanım,  Qoğal,  Qırmızı 
papaq ) öz nağıl qəhrəmanları haqqında məlumat verməyi və nağıldakı xeyirxah, 
qəddar  obrazları  fərqləndirməyi  tapşırır.  Hər  qrup  nümayəndələri  öz  aralarında 
müzakirə  etdikləri  nağılın    “+”  və  “-”qəhramanlarını  cədvəl  vasitəsilə  tərtib 
edərək cavablandırırlar. 
 


85 
 
 
“+” qəhramanlar 
“-” qəhramanlar 
Cırtdan 
 
 
Göyçək Fatma 
 
 
Tıq-Tıq xanım 
 
 
Qırmızı papaq 
 
 
Qoğal 
 
 
 
Müəllim onların yaşıdlarının nağıllara çəkdikləri illüstrasiyaları da nümayiş 
etdirir. 
Qruplar öz aralarında müzakirə edərək nağıldan hansı sujeti çəkəcəklərini 
fikirləşib tapırlar. 
 I qrup “Cırtdan” 
II qrup “Göyçək Fatma” 
III qrup “Tıq-Tıq xanım”  
IV qrup  “Qırmızı papaq”  
V qrup  “Qoğal” nağılına illüstrasiya çəkirlər. 
Kompozisiya qaydalarına əməl etməklə rəsmi yerinə yetirirlər. Nəzərə alırlar ki, 
rəsmdə boşluq olmasın və personajlar arasında əlaqə olsun. İlüstrasiyalarda nağıl 
qəhramanlarının xarakterini, görünüşlərini, nə etdiklərini, harada olduqlarını,  
seçilmiş epizodu nəzərə alırlar. 
Müəllim də onlara müəyyən istiqamətlər verir və iş zamanı bütün uşaqların 
iştirakının vacib olduğunu xüsusi vurğulayır. Sadə karandaşla rəsmi qurduqdan 
sonra təsviri rəngləyirlər.(iş dəftəri də ola bilər) 
Bu zaman (inklyuziv) xüsusi qayğıya ehtiyac olan  uşaqları da nəzərə alaraq 
nağıllara aid rəngləmələr verir. 
Müəllim dərsin sonunda şagirdlərin özünü meyarlar  üzrə qiymətləndirəcəyini 
xatırladır və meyarları yazı taxtasından asır.  

Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin