2.1.
Həyati görüntüləri real və abstrakt tərzdə təsvir edir.
2.1.1. Həyati görüntüləri natürmort, mənzərə, portret
janrlarında real və abstrakt tərzdə təsvir edir.
Ətraf aləmdə - təbiətdə, adi gündəlik həyatdan
olan görüntüləri natürmort, mənzərə və portret
janrlarında, qrafika, rəngkarlıq, heykəltəraşlıq
növlərində, real və abstrakt forma və məzmun
vasitəsi ilə sadə və mücərrəd kompozisiyalarda
təsvir edir.
Həyati görüntülər, təbiət və cəmiyyət
hadisələri, növlər, janrlar, natürmort,
mənzərə, portret, qrafika, boyakarlıq,
heykəltəraşlıq, real, abstrakt, forma,
ideya, məzmun, kompozisiya.
2.1.2. Həyati görüntülərin real və abstrakt tərzdə
təsvirində müxtəlif vasitələrdən (pastel təbaşirləri,
sulu boyalar, plastilin və ya gil) istifadə edir.
Sadə həyat, təbiət və cəmiyyət hadisələrini,
müxtəlif əşyaları pastel tabaşirləri, sulu boyalar
(akvarel və quaş), gil və ya plastilin vasitəsi ilə
real və ya abstrakt forma və məzmunda sadə və
mücərrəd kompozisiyalarda təsvir edir.
Təbiət, məişət, cəmiyyət hadisələri,
real, abstrakt təsvir, forma, ideya,
məzmun, kompozisiya, alətlər, mate-
riallar, pastel tabaşirləri, akvarel,
quaş, gil, plastilin, təsvir vasitələri.
Dostları ilə paylaş: |