Məzmun xətləri üzrə əsas və alt-standartlar 1. Cəmiyyət və təsviri incəsənət Şagird: 1.1. Təsviri incəsənətin cəmiyyətin həyatında əhəmiyyətinə dair bilik və bacarıq- lara malik olduğunu nümayiş etdirir. 1.1.1. Təsviri incəsənətin həyat hadisələrini əks etdirdiyini izah edir. 1.2. Təsviri və dekorativ sənətin növ və janrlarına aid bilik və bacarıqlar nümayiş etdirir. 1.2.1.Təsviri sənətin növlərinin (qrafika, rəngkarlıq, heykəltəraşlıq) xarakterik
xüsusiyyətlərini şərh edir.
1.2.2. Dekorativ sənət növlərini (xalçaçılıq, bədii tikmə, ağac üzərində oyma)
xarakterik xüsusiyyətlərinə görə şərh edir.