yaradıcılıq – şagirdlərdə potensial yaradıcılıq imkanlarının aşkarlanmasını
təmin edən, təlim prosesində inteqrasiyanı nəzəri və praktik baxımdan
reallaşdıran daha geniş yaradıcılığa yönəlmiş fəaliyyət;
əməkdaşlıq – təsviri incəsənətdə sosial bilik və bacarıqların, mənəvi dəyər-
lərin formalaşdırılmasını təmin edən birgə fəaliyyət;
motivasiya – təsviri incəsəsənət üzrə bilik və bacarıqların real həyati situasi-
yalarla bağlılığını nəzərə alan və həyatda tətbiqini təmin edən, ən başlıcası
isə, şagirdlərin təlim marağına söykənən fəaliyyət;