Fəaliyyətin stimullaşdırılması – təlim prosesin daha səmərəli və effektiv
qurulması nəticəsində şagirdlərin təlimə marağı artırılır, onun hər bir nailiyyəti
müəllim, şagird yoldaşları, valideyn və digər şəxslər tərəfindən stimullaşdırılır,
həvəsləndirilir, mükafatlandırılır. Bu prosesdə:
Şagird öz bilik və bacarıqlarından istifadə etməklə, bədii yaradıcılıq
sahələrində yeni bilik və bacarıqlar qazanmağa istiqamətləndirilir;
Şagirdin düşüncə, hissiyyat aləmi, araşdırma bacarıqları, özünəməxsus
orijinal yaradıcılıq tərzi, zövqü nəzərə alınmaqla dəyərləndirilir,
mükafatlandırılır, stimullaşdırılır.
Dostları ilə paylaş: |