Fəal təlimə əsaslanan dərsi təşkil etmək üçün tələb olunan vasitələr aşağıdakılardır: 1. Sinifdə tədris olunan mövzunun öyrədilməsindən əvvəl mövzunun
məqsədini, aktuallığını üzə çıxarmaq, problemin öyrənilməsi zərurətini mərkəz
mövqeyə gətirmək və bunun üçün problemli vəziyyətinyaradılmasıdır. Prob-
lemli vəziyyətin gərginlik dərəcəsi müəllimin fantaziyasından, peşəkarlığından,
şagirdlərlə ünsiyyət qurmaq bacarığından, vəziyyətdən çıxmaq üçün çevik
manevr etmə cəhdlərindən, sərbəstliyindən, işgüzarlığından və s. şəxsi keyfiy-
yətlərindən asılıdır. Problemli vəziyyəti yaratmaqda müəllimin məqsədi şagird-
lərin idrakı fəallığını artırmaq, tədris olunan fənnə və öyrəniləcək dərsin məz-
mununa maraq yaratmaq, şagirdin müstəqil tədqiqat və axtarış aparmaq üçün
açılan imkanı qiymətləndirmək həvəsini oyatmaqdır.
Problemli vəziyyətin düzgün həyata keçilməsinin əhəmiyyəti şagirdi:
1. Təyinetmə – öyrəniləcək yeni mövzunun həyati əhəmiyyətinin müəyyən
edilməsi; öyrənmə – problemin həll edilməsi üçün aparılacaq tədqiqatların təhlil
edilməsi; düşünmə – öyrənilən mövzunun tətbiq etməsi, ümumiləşdirilməsi və
müqayisə edilməsi qabiliyyətlərini müşahidə etməyə və qiymətləndirməyə
istiqamətləndirir. 2. Əməkdaşlıq və qarşılıqlı dialoqun həyata keçirilməsi «problemin qoyul-
ması» – «müzakirəsi» – «nəticənin cıxarılması» – «tətbiq edilməsi» mərhələ-
lərini əhatə edir. Bu anlayış «öyrənən və öyrədən» arasında qarşılıqlı dialoqun
zəruriliyini tələb edir. İndiyədək mövcud olmuş «monoloji» təlimdə şagirdlərin
mövqeyi nəzərə alınmadığından, müzakirə edilən məsələyə dair onların fərziyyə
və baxışları diqqətdən kənarda qalmışdır. «Dialoji təlim» isə problemin həlli
55
üçün optimal üsulların tapılmasını, dərs prosesində müəllim və şagirdin eyni
səviyyədə fəallığını tələb edir.
3. Fəal təlimin əsas şərtlərindən biri şagirdin – tədqiqatçı (axtarış aparan),