57
həm də yaradıcı təfəkkürün inkişaf etdirilməsinə, ən mühüm bilik, bacarıq,
vərdiş, keyfiyyət və dəyərin əldə olunmasına yönəldilir. Bu zaman şagirdlər açıq
sual vermək, problemləri araşdırmaq, tədqiqat aparmaq və müzakirə etmək
imkanı qazanırlar. Onlar təlim materiallarının mənimsənilməsi prosesində fakt
və hadisələrin səbəb-nəticə əlaqələrini, qanunauyğunluqlarını aşkar etməyi,
nəticə çıxarmağı, ümumiləşdirmələr aparmağı öyrənirlər.
Beləliklə, şagirdlər həm tədris, həm də sosial xarakterli problemlərin müs-
təqil həllinə cəlb olunur, müxtəlif informasiya mənbələrindən istifadə edir,
sistematik olaraq müstəqil şəkildə bilik ehtiyatını artırırlar.
Fəal/interaktiv təlim metodlarının xarakterik xüsusiyyətləri:
1. Diqqət ilk növbədə şagird şəxsiyyətinin formalaşdırılmasına yönəldilir.
2. Müəllim təlim fəaliyyətinin əlaqələndiricisi, şagirdlərin məsləhətçisi
və köməkçisi kimi çıxış edir.
3. Problemin həlli prosesində şagird fəal tədqiqatçı olur.
4. Bilik və bacarıqlar şagirdlər tərəfindən müstəqil əldə edilir.
5. Müəllim–şagird, şagird–şagird arasında əməkdaşlıq üçün şərait
yaranır.
6. Dərsin inteqrativ təşkilinə üstünlük verilir.
7. Qeyri-standart dərslərin təşkilinə geniş yer verilir.
Dostları ilə paylaş: