Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 1,44 Mb.
Pdf görüntüsü
səhifə8/167
tarix15.05.2022
ölçüsü1,44 Mb.
#115909
1   ...   4   5   6   7   8   9   10   11   ...   167
16 Təsviri incəsənət-kurikulum

 
1.2. Məzmun xətləri 
Kurikulumda təsbit olunmuş məqsəd və vəzifələri aşağıdakı  məzmun xətləri 
vasitəsilə həyata keçirmək nəzərdə tutulur :  

 
Cəmiyyət və təsviri  incəsənət 

 
Təsviri və dekorativ  yaradıcılıq 

 Estetik reaksiya  
 
Cəmiyyət və təsviri incəsənət 
Bu  məzmun  xətti  cəmiyyətdə  təsviri  incəsənətin  rolu,  cəmiyyət  və  təsviri 
incəsənət  arasındakı  əlaqələri,  təsviri  incəsənətin  cəmiyyətin  aynası  olması,  baş 
verən  tarixi  hadisələrin  mahiyyətinin  dərk  olunmasında  təsviri  incəsənət 


10 
 
nümunələrinin  əhəmiyyəti,  milli  və  dünya  təsviri  incəsənət  tarixinin  görkəmli 
nümayəndələri, onların məşhur əsərləri haqqında məlumatları əhatə edir. 
Cəmiyyətdə baş verən müxtəlif hadisələri, xalqımızın, eləcə də dünya xalq-
larının tarixi, mədəniyyəti, adət-ənənələri haqda məlumatların şagirdlərə mənimsə-
dilməsində,  təsviri  sənət  əsərlərinin  informativ-kommunikativ  imkanlarının  dərk 
olunmasında bu fənn mühüm vasitə kimi çıxış edir. 
Digər  fənlər  vasitəsilə  mənimsədilən  tarixi  faktların,  hadisələrin  və 
şəxsiyyətlərin  təsvirlərdə  əks  olunması  şagirdlərdə  bütün  bunlar  haqqında  daha 
dolğun təsəvvürlər formalaşmasına əhəmiyyətli təsir göstərir. 
Cəmiyyət  və  təsviri  incəsənət əlaqələrini  əks  etdirən  bu  məzmun  xətti  üzrə 
müəyyən  olunan  bilik  və  bacarıqlar  şagirdlərdə  milli  və  beynəlmiləl  dəyərlərə 
maraq  və  hörmət  aşılayır,  insan  cəmiyyətinin  mədəni,  siyasi  və  iqtisadi  həyatı 
haqqında  geniş  və  dolğun  təsəvvürlər  yaradır,  müxtəlif  dövrlərdə  mövcud  olan 
cəmiyyətlər, onların tərkib hissələri və bunların özünəməxsus xüsusiyyətləri haqda 
geniş və rəngarəng məlumatlar verir. 

Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin