Dərsin V mərhələsi: Nəticə, ümumiləşdirmə Beləliklə, yeni biliyinin kəşfi yolunda son addımı atmaq: konkret nəticəyə
gəlmək və ümumiləşdirməni aparmaq işi qalır. Bunun üçün şagird əldə olunan
bilgiləri ümumiləşdirməli, həm də gəldiyi nəticəni tədqiqat sualı ilə irəli
sürülmüş fərziyyələlərlə müstəqil tutuşdurmalıdır. Bu çox mühüm məqamdır.
Dərsin kuliminasiyası şagirdlərin bilgiləri özləri kəşf etdikləri üçün duyduqları
sevinc və məmnuniyyət hissi təşkil edir.