Bilik və bacarıqların mənimsənilməsinin başlıca meyarı onun yaradıcı
surətdə tətbiqidir. Yaradıcı tətbiqetmə bilik və bacarığı möhkəmləndirməklə,
şagirdə onun praktiki əhəmiyyətini açıb göstərir. Buna görə müəllim şagirdlərə
təklif edə bilər ki, onlar müəyyən tapşırıqların həlli üçün, yaxud hansısa yeni
suala cavab tapmaq üçün qazanılmış bilik və bacarıqları tətbiq etməyə
çalışsınlar. Son nəticədə şagirdlərə, onların kəşf etdikləri bilik və bacarıqların
yaradıcı surətdə tətbiqinə dair çalışmaların verilməsi, həmin bilik və bacarıqların
şagirdlərdə vərdişə, dəyərə, keyfiyyətə çevrilməsi ilə həmişəlik onların şüuruna
60
həkk edə bilər. Bu mərhələ vaxt etibarı ilə yalnız bir akademik dərs saatı ilə
məhdudlaşdırılmaya da bilər, onun həyata keçirilməsi evdə yaxud, sonrakı dərs-
lərdə də mümkündür.