«Təqdimat» Təsviri incəsənətin təlimi üzrə təqdimatların yazılı, şifahi və praktik
(nailiyyətlərin, əl işlərinin nümayişi) formaları vardır. Müxtəlif mövzularda
təqdimatların hazırlanmasında şagirdlər həm fərdi, həm də qrup halında iştirak
edə bilərlər. Bu zaman müxtəlif vasitələrə – (rəsm, yapma, aplikasiya, model,
fotoşəkil, slayd, sxem, film və s.) istinad etməklə qarşıya qoyulmuş problem
72
haqqında fikirlərin və təsir gücünü artırırlar. Təqdimatlar həm təlim prosesi
zamanı, həm də müəyyən bir mərhələyə yekun vurmaq məqsədilə təşkil olunur.