Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu


İnteqrativ  dərslərin  tədrisi metodikasına verilən tələblər



Yüklə 1,44 Mb.
Pdf görüntüsü
səhifə99/167
tarix15.05.2022
ölçüsü1,44 Mb.
#115909
1   ...   95   96   97   98   99   100   101   102   ...   167
16 Təsviri incəsənət-kurikulum

      İnteqrativ  dərslərin  tədrisi metodikasına verilən tələblər 
1.  İnteqrativ  dərsin  mövzusu    tədris    kurslarının  ümumiləşdiricisi  roluna 
malik olmalıdır. 
2.  İnteqrasiyanın  əsas  prinsipi  dərsin  tədris-tərbiyəvi  tapşırığına  əsasən 
formalaşdırılmalıdır. 
3.  İnteqrativ  dərsin  quruluşu  fənlər  arasında  əlaqələndirici  tapşırığa  malik 
olmalıdır və  aşağıdakı mərhələləri əks etdirməlidir: 
a) dərsin mövzusunda fənlərarası əlaqənin mövcudluğu dərk edilməlidir; 
b)  bilik və bacarıqların ümumi fənlərə aid olduğu bilinməlidir; 
c)  müəyyən  bilik  və  bacarıqdan  digərinə  keçidi  qeyri-ənənəvi  yollarla  təmin 
edilməlidir; 
d)  inteqrasiya  nəticəsində  bilik  və  bacarıqlar  sintez  edilməli,  ümumiləşdiril-
məlidir; 
e)  yeni  inteqrativ  biliklər  möhkəmləndirilməlidir  (yeni  tapşırıqların  həllinə 
əsasən); 
4.  İnteqrativ  dərslərdə  yeni  fəal  təlim  metodlarını  tətbiq  etmək,  bilikləri 
sistemləşdirmək  və  ümumiləşdirmək  məqsədilə  şagirdlərdə  yaradıcılıq  
fəaliyyəti inkişaf etdirilməkidir; 
5. İnteqrativ dərslər bir neçə tədris fənni üzrə didaktik vəsaitlərdən  kompleks 
istifadə etməyin  metodikasını təmin etməlidir; 
6.  İnteqrativ  dərsləri  qeyri-ənənəvi  metodlarla  tədris  etmək  məqsədəuyğun-
dur. Məsələn, kompleks ekskursiya dərsi, konfrans, seminar, səyahət dərsi və 
s.; 
7.  İnteqrativ  dərslərin  aparılması  üçün  fənn  müəllimləri  əməkdaşlıq 
etməlidir; 


73 
 
8.  İnteqrativ  dərslərin  nəticələrini  yoxlamaq  üçün  xüsusi  diaqnostik 
vasitələrin  (mətn,  yoxlama  yazı,  çalışma  və  s)  köməyindən  istifadə 
olunmalıdır. 
 
Yerli  şəraitə,  zamana,  məkana,  təlim  nəticələrinə.  mövzuya  və  məqsədə 
görə  “Təsviri  incəsənət”  fənninin  tədrisində  digər  üsullardan  da  istifadə  edilə 
bilər. 

Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin