Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu


 Müəllimin təlim fəaliyyətinin planlaşdırmasına dair nümunələr



Yüklə 1,44 Mb.
Pdf görüntüsü
səhifə100/167
tarix15.05.2022
ölçüsü1,44 Mb.
#115909
1   ...   96   97   98   99   100   101   102   103   ...   167
16 Təsviri incəsənət-kurikulum

 
2.3. Müəllimin təlim fəaliyyətinin planlaşdırmasına dair nümunələr 
Müasir  təhsilin  əsas  məqsədi  öz  məsuliyyətini  dərk  edən,  xalqın  milli 
ənənələrinə və demokratik prinsiplərə, insanların hüquq və azadlıqlarına hörmət 
edən,  vətənpərvərlik  və  azərbaycançılıq  ideyalarına  sadiq  olan,  müstəqil  və 
yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirməkdir.  
 
Müstəqil respublikamızda bütün sahələrdə olduğu kimi təhsil sahəsində də 
həyata  keçrilən  geniş  miqyaslı  islahatlar  təhsil  sistemində  şəxsiyyətyönümlü 
pedaqoji  prosesin  mərkəzində  duran  müəllim  və  şagirdlərin  funksiyalarını 
dəyişir.  Bu  prosesdə  təlim  fəaliyyəti  və  təlim  prosesinin  təşkili  əvvəlcədən 
müəyyən  olunmuş  nəticələr  əsasında  qurulur.  Müəllim  kurikulumlara  uyğun 
inteqrasiya  olunmuş  planlarla  yanaşı  yeni  texnologiyalar  hazırlayır,  yaxud 
mövcud  olanların  içərisindən  ən  münasiblərini  seçir.  Bu  texnologiyaların 
müəyyən  olunmasında  müəllim  və  şagird  şəxsiyyəti  təlimin  aparıcı  subyekti 
kimi  çıxış  edir.  Münasibətlər  «subyekt  +  subyekt»  formasına  uyğun  üfüqi 
istiqamətdə qurulur. Bu zaman şagirdlər öz təfəkkürünün, düşüncəsinin  yaradı-
cısına,  müəllimlər  isə  şagirdin  inkişafı  üçün  şəraitin  təşkilatçısına  çevrilir. 
Ənənəvi təlimdən fərqli olaraq müasir təlimdə müəllimlərin rəhbərlik funksiyası 
informasiya  vermək  sahəsindəki  fəaliyyətini  məhdudlaşdırır.  O,  daha  çox  sinif 
şəraitində  təlim  fəaliyyətini  planlaşdıran,  təşkil  edən,  əlaqələndirən,  istiqamət-
ləndirən  məsləhətçi  kimi şagirdlərin  müstəqil  idrak  fəaliyyətinin,  fəal  yaradıcı-
lığının  subyektinə  çevrilir.  Pedaqoji  prosesin  düzgün  qurulmasında  ən  mühüm 
əhəmiyyətli problemlərdən biri də planlaşdırmadır.   


74 
 

Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin