Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 1,44 Mb.
Pdf görüntüsü
səhifə113/167
tarix15.05.2022
ölçüsü1,44 Mb.
#115909
1   ...   109   110   111   112   113   114   115   116   ...   167
16 Təsviri incəsənət-kurikulum

Bağır Maratlı  “Mənzərə” ; 

 
Böyükağa Mirzəzadə  “Payız”;                                                  

 
İsaak Levitan “Payız mənzərəsi”; 

 
Səttar Bəhlulzadə “Mənzərə” 
 
Qeyd: Müəllim dərsin motivasiya mərhələsini Power Point proqramında əvvəlcədən 
hazırladığı slaydlar vasitəsilə nümayış etdirə bilər.
 
 
Tədqiqat sualı:  Payız  mənzərəsini təsvir etmək üçün  hansı qaydalara əməl 
etmək lazımdır? (nəyi bilmək lazımdır?) 
Səslənilən şagird fərziyyələri löhvədə qeyd olunur. 
Tədqiqatın  aparılması:   Müəllim sarı,  narıncı, qırmız, qəhvəyi  rəngli kağızdan 
kəsilmiş yarpaqlar vasitəsi ilə şagirdləri qruplara ayırır (rəssam əsərlərinin surəti 
ilə də qruplara ayırmaq olar). Sonra şagirdlərin payız fəsli, onun xüsusiyyətləri, 
təsvir  zamanı  hansı  qaydalara  əməl  etmək  lazım  olduğu  haqqında  biliklərini 
yoxlamaq üçün qruplara mövzuya dair 4-5 açıq sual verir. Bunun üçün müəllim 
A2  formatlı  vərəqlər  tərtib  edir  və  orada  sualları  müxtəlif  rənglərdə  olan 
flomasterlərlə yazır. Qrupların hər birinə suallara aid cavabı həmin rəngdə olan 
flomasterlə yazmağı tapşırır.  
 


91 
 
 
 
Qrup    vərəqlərdəki  yazıları  nəzərdən  keçirir  və  öz  əlavələrini  edir. 
Müəllim  bir-birinə  ötürmə  prosesində  gecikmələr  olmaması  üçün  nəzarət  edir. 
Bu  proses  qrupların  hamısı  hər  bir  iş  vərəqini  nəzərdən  keçirib  əlavələr 
edənədək davam edir.  
Sonra bu vərəqlər ilkin qrupa qaytarılır, təqdimatlar olur və qısa müzakirə edilir. 
Qeyd: Əgər dəyirmi masa (karusel) üsulu, fikrinizcə, çox vaxt aparsa, 
müzakirəni, sadəcə, sual və cavabla yerinə yetirmək olar. 
 

Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin