Resurslar Təsviri incəsənət fənninin tədrisinin təşkilində xüsusi fənn otaqların olma-
sı vacib şərtlərdəndir. Fənnin tədrisinin müasir tələblərə uyğun lazımi maddi-
texniki baza ilə təmin olunması təlim prosesinin səmərəli təşkilinə möhkəm
bünövrə yarada bilər.
Təsviri incəsənət üzrə fənn kabinetləri aşağıdakı resurslarla təmin olun-
malıdır:
1. Xüsusi şagird masası (lazım gəldikdə ondan rəsm çəkmək üçün
molbert kimi də istifadə olunur) və ya molbert
2. Fırlanan dəyirmi dəzgah (yapma və heykəltəraşlıq işləri üçün)
3. Kompüter (qrafik redaktor)
4. Proyektor
5. Printer
6. Əşya fondu (həndəsi fiqurlar – kub, konus, piramida, prizma,
silindr, kürə; milli və müasir formalı məişət əşyaları; sadə formalı
gips portret və fiqur; müxtəlif heyvan və quş fiqurları, süni
meyvələr).
7. Marker, pastel tabaşirləri, tuş, pero, sulu boyalar (akvarel və quaş),
yağlı boya, fırça, plastilin
8. Planşet
9. Əşya müstəvisi