Təlim strategiyası – təhsil prosesində istifadə olunan forma, metod, üsul və
vasitələrin məcmusudur.
Kurikulum – təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı bütün
məsələləri özündə əks etdirən konseptual sənəddir.
Dərslik – dövlət təhsil standartları əsasında hazırlanmış kurikulumlara uyğun
olan, şagirdlərdə müstəqil tədqiqatçılıq və yaradıcılıq vərdişlərinin aşılanmasına,
demokratik dünyagörüşün formalaşmasına imkan yaradan, onları düşünməyə
sövq edən, məntiqi təfəkkürü inkişaf etdirən, tətbiqi xarakter daşıyan, inteqrativ
xüsusiyyətə malik əsas dərs vəsaitidir.
Dostları ilə paylaş: |