Inteqrasiya – müəyyən təhsil sistemi çərcivəsində şagirdlərin təfəkküründə
dünyanın bütöv və bölünməz obrazını formalaşdırmaq, onları inkişaf və
özünüinkişafa istiqamətləndirmək məqsədilə təlimin bütün məzmun
komponentləri arasında struktur əlaqələri qurmağı və onları sistemləşdirməyi
tələb edən didaktik prinsipdir. Dünyanın təhsil təcrübəsində şaquli və üfüqi
olmaqla onun iki növündən istifadə edilir.
Milli kurikulum – ölkə miqyasında təhsilin hər bir pilləsindəki fəaliyyətlərin
həyata keçirilməsinə imkan yaradan və onları istiqamətləndirən konseptual
sənəddir.