İdrak fəaliyyəti – idrak prosesində həyata keçirilən fəaliyyətdir. Psixoloqların
fikrincə, idrak fəaliyyətində bilmək, anlamaq, tətbiq etmək, sintez etmək və
dəyərləndirmək əsas mərhələlər hesab olunur. Müasir təhsil konsepsiyasına
görə, şagirdin təlim fəaliyyətinin psixopedaqoji əsasını məhz həmin parametrlər
təşkil edir. Ona görə də “hafizə məktəbi”ndən fərqli olaraq “təfəkkür məktə-
bi”ndə təlim standartları hazırlanarkən onlar əsas götürülür.
Дekorativ-tətbiqi sənət – ən geniş yayılmış sənət sahəsidir, əsasən, məişətdə
işlətmək üçün bədii məmulatlar hazırlayan yaradıcılıq sahəsini əhatə edir.
Monumental-dekorativ – təsviri sənətin əsasən ibtidai formasına xas olan
rəssamlığa deyilir.
Landşaft – memarlıqda səki, bulvar, park, fəvvarə və s. obyektlərin
planlaşdırılması deməkdir.
Konstruksiya – latın sözü olub “quraşdırmaq, tərtib etmək, yerləşdirmək”
mənasında işlənir.
Janr – xüsusiyyət, tərz, üslub deməkdir. Məzmunundan asılı olaraq təsviri
sənət nümunələri müxtəlif janrlara ayrılır.
Batal janr – əsasən müharibə, döyüş səhnələri təsvir edilən tarixi janrdır.
Animalist – latın sözü olub, heyvan və quş təsvirlərinə aiddir.
Dostları ilə paylaş: |