2.2. Sadə tərtibat və dizayn bacarıqları nümayiş etdirir. 2.2.1. Müxtəlif əşyaların xarici səthində bəzək kompozisiyaları yaradır.
2.2.2. Real əşya və hadisələri mücərrəd formada təsvir edir.
3. Estetik reaksiya Şagird: 3.1. Təsviri və dekorativ sənət nümunələrinə münasibət bildirir. 3.1.1. Verilmiş əsərlərdə və əşyalarda məzmun və forma arasındakı əlaqəni şərh
edir.
3.1.2. Verilmiş əsərlərdə rəngləri emosional məna çalarlarına görə müqayisə edir.
V SİNİF V sinfin sonunda şagird:
Təsviri incəsənətin həyat hadisələrini əks etdirdiyini izah edir.
Təsviri və dekorativ sənətin növ və janrlarını (qrafika, rəngkarlıq, heykəl-
təraşlıq) xarakterik xüsusiyyətlərinə görə şərh edir.
Azərbaycanın, dünya təsviri incəsənətinin görkəmli nümayəndələri (Məsud
İbn Davud, Soltan Məhəmməd, Elmira Şahtaxtinskaya, İbrahim Zeynalov,
Qriqori Qaqarin, Sandro Botiçelli, Donatello, Paolo Uccello) və onların əsər-
ləri haqqında məlumatları şərh edir.
Müxtəlif vasitələrdən istifadə etməklə həyati görüntüləri təsviri sənətin
növlərində (qrafika, rəngkarlıq, heykəltəraşlıq) real və abstrakt tərzdə təsvir
edir.
21
Sadə əşyalar üzərində tərtibat və dizayn bacarıqları nümayiş etdirir.
Təsviri sənət növlərini ayırır, milli-üslubi cəhətini nümunələr əsasında estetik-
emosional hisslərə görə izah edir.