6
Burada fənn üzrə ümumi təlim nəticələri, təlimin məzmunu (məzmun
standartları), şaquli və üfüqi inteqrasiya, müəllim və şagird fəaliyyətlərinə aid tex-
nologiyalar, şagird nailiyyətlərinin qiymətləndirilməsi məsələləri əhatə edilir.
Sənəd ümumi təlim nəticələrinə nail olmaq istiqamətində bütün fəaliyyətlərin -
dərslik və tədris vəsaitlərinin hazırlanması, tədris materiallarının planlaşdırılması,
təlimin forma və metodlarının müəyyənləşdirilməsi üçün əsas mənbədir.
Kurikulum hazırlanarkən təhsil alanın, ailənin, cəmiyyətin ehtiyac, tələb və
maraqları əsas götürülmüşdür. Kurikulumda fənnin məzmunu nəticəyönümlü
yanaşma əsasında müəyyən olunmuşdur. Burada əsas diqqət nəticəyəyönümlülüyə
- təkcə biliklərin qazanılmasına deyil, daha çox biliklər əsasında bacarıq və
vərdişlərə yiyələnməyə yönəldilmişdir.
Təsviri incəsənət təliminin məzmunu nəticəyönümlü standartlardan ibarət
olub, hər bir təhsil pilləsinin və sinfin sonunda əldə olunan konkret nəticələri əks
etdirir. Nəticələrin əvvəlcədən standartlar şəklində müəyyən olunması eyni
zamanda onların reallaşmasına doğru yönəldiləcək tədris fəaliyyətinin inkişafını
izləmək və istiqamətləndirmək üçün obyektiv qiymətləndirmə aparılmasına imkan
yaradır.
Təsviri incəsənət fənni üzrə təhsil proqramı (kurikulumu) şagirdlərin
hissiyyat imkanlarını, idraki, informativ-kom-munikativ fəaliyyətlərinin əhatə
olunmasını, hissetmə, emosional və psixomotor bacarıqlarının inkişafına zəmin
yaradır.
Dostları ilə paylaş: