24
3.1. Təsviri və dekorativ sənət nümunələrinə estetik-emosional münasibət
bildirir.
3.1.1. Bədii sənət əsərlərində milli-üslubi cəhətlərə (obraz, obyekt və hadisələr)
estetik münasibət bildirir.
3.1.2. Təsviri sənətin janrlarını xarakterik xüsusiyyətlərinə görə ayıraraq izah edir.
VII SİNİF
VII sinfin sonunda şagird:
təsviri incəsənətin cəmiyyət həyatındakı rolunu və əhəmiyyətini nümunələr
əsasında şərh edir.
təsviri və dekorativ sənətin növ və janrlarını (məişət və əsatir) xüsusiyyətlərinə
görə şərh edir.
Azərbaycanın və dünyanın təsviri incəsənətinin görkəmli nümayəndələri
(Müzəffər Əli, Kamil Əliyev, Mirəli Mirqasımov, Rasim Babayev, İlya Repin,
Rembrandt, Velaskes, Karavacco) və onların əsərləri haqqında məlumatları şərh
edir.
müxtəlif vasitələrdən istifadə etməklə həyati görüntüləri incəsənətin müxtəlif
növündə (dizayn, milli geyimlər, bədii hörmə) real və abstrakt tərzdə təsvir edir.
müxtəlif texniki avadanlıqlar üzərində tərtibat və dizayn bacarıqları nümayiş
etdirir.
təsviri sənətin növ və janrlarında milli-üslubi cəhətləri estetik-emosional
hisslərə görə fərqləndirir.
Dostları ilə paylaş: