1.6. Fəndaxili və fənlərarasi inteqrasiya “Ümumi təhsil pilləsində dövlət standartları və proqramları (kurikulumları)”
sənədi və onun əsasında hazırlanmış təsviri incəsənət kurikulumu fəndaxili və
fənlərarası əlaqələrin geniş tətbiqini nəzərdə tutur. Ümumi təhsilin pillələri və bu
pillələrdə tədris olunan fənlər arasında əlaqələrin təmin edilməsi üçün təsviri
incəsənət təlimində fənlərdaxili və fənlərarası inteqrasiyadan istifadə olunması
zəruri bir vəzifə kimi qarşıya qoyulmuşdur.