31
Bu cür inteqrasiya prosesində dəyərlərin dərk olunması xüsusidən ümumiyə
və yaxud ümumidən xüsusiyə doğru ola bilər. Beləliklə, məzmun get-gedə yeni
məlumatlarla zənginləşir, mövzulararası bağlılıqlarla daha maraqlı hala gəlir. Bu
formanın üstün xüsusiyyəti ondan ibarətdir ki, şagirdlər başlanğıc problemi
diqqətdən qaçırmadan onunla bağlı olan bilik və bacarıqları daha da genişləndirir
və dərinləşdirirlər.
Fəndaxili inteqrasiya həm üfüqi, həm də şaquli ola bilər.
Dostları ilə paylaş: