65
k)
tətbiq et (yaradıcı tətbiqetmə) – mövzuya uyğun təsvir yaratmaq
(kompozisiya tərtib etmək) və ya dekorativ-tətbiqi sənət nümunələrinin həyati
əhəmiyyətini müəyyənləşdirmək, ondan harada və nə məqsədlə istifadə etməyin
mümkünlüyünü müəyyən etmək tələb olunur.
6. Şagirdlərin problem ətrafında işlərinin yekunu plakat şəklində və ya
hazırlanmış iri «kubun» üzərində yazıla, sinifdə (eləcə də məktəbdə) nümayiş
etdirilə bilər.
Şagirdlərin yuxarı yaş həddində kublaşdırma metodu daha yüksək
səviyyədə təşkil olunur. Burada əsas məqsəd şagirdlərin bilik səviyyəsinin aşağı
səviyyədən yuxarıya doğru yüksəlişini təmin etməkdir. Bu məqsədlə çoxcəhətli
sorğu, müqayisə, əlaqələndirmə və təhlil tətbiq edilir.
«Venn diaqramı»
Bu diaqram kəsişən iki dairə əsasında qurulur. Ondan istifadə etməklə iki
anlayışın, iki təsviri incəsənət növ və ya janrının, rəssamların yaradıcılığının,
sənət əsərlərinin və ya təsvir obyektinin fərqlərini, habelə oxşar ortaq cəhətlərini
tapmaq mümkündür. Burada müqayisə metodunun köməyindən istifadə edilir.
Venn diaqramı üzrə müqayisə və təhlillərin aparılması şagirdlərin fikri
fəallığına təkan verir, təfəkkürünün məntiqi, tənqidi və ya yaradıcı inkişafına
şərait yaradır.
Dostları ilə paylaş: