69
hekayələri o cümlədən yaratdıqları maketləri, fiqurları, rəsmləri, layihələri və s.
buraya aid etmək olar.
Bu metod vasitəsilə şagirdlərdə təfəkkür fəaliyyətinin çevikliyi və
orijinallığı inkişaf etdirilir.
Müəllim şagirdlərə mövzu və ya müəyyən istiqamət verərək yaradıcılıq
prosesinə maraq yaradır. Belə fəaliyyət zamanı şagirdlərdə nəzəri və praktik
yaradıcılıq bacarıqları formalaşır. Bu metodun tətbiqi zamanı aşağıdakı təlimata
əməl edilməlidir:
1. Müəllim şagirdlərin nəzərinə yerinə yetiriləcək tapşırığın mövzusunu
və ya məzmununu çatdırır.
2. “Təsviri incəsənət” dərslərində çəkiləcək rəsm, yapılacaq fiqur,
quraşdırılacaq model haqqında şagirdlərə lazımi təlimat və işin yerinə
yetirilmə müddəti elan olunur.
3. Verilmiş vaxt bitdikdə ən uğurlu iş və ya işlər müəyyən olunur.
(Şagirdlərin motivasiyasını artırmaq üçün lazım gəldikdə onlara, əl
işlərini korreksiya etmək və tamamlamaq üçün ikinci dəfə vaxt verilə
bilər).
4. Başa çatdırılmış (rəsm, yapma, model, maket, (şeir, hekayə, inşa) və s.)
tapşırıq nümayiş etdirilərək müqayisə və təhlil olunur, dəyərləndirilə-
rək alqışlanır.
Müəllim işin müxtəlif mərhələlərində şagirdlərin fəaliyyətini izləyərək
qeydlər edir. Lazım gəldikdə əl işlərinin dəyərləndirilməsində onlara əsaslanır.
Bu metod zamanı verilən tapşırıqlar şagird təfəkkürünün və təxəyyülünün
(fantaziyasının) genişliyinə, bilik və bacarıqların cəld nümayişinə, çevikliyinə
yönəldilir.
Dostları ilə paylaş: