Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Texniki Universiteti


İctimai əhəmiyyətli qurumların maliyyə hesabatları



Yüklə 499,5 Kb.
səhifə3/11
tarix29.08.2022
ölçüsü499,5 Kb.
#117651
1   2   3   4   5   6   7   8   9   10   11
Maliyye hesabatlari

İctimai əhəmiyyətli qurumların maliyyə hesabatları
Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq tərtib edilir; Kiçik sahibkarlıq subyektlərinin maliyyə hesabatları onların öz seçimindən asılı olaraq, iki cür tərtib edilə bilər:
1) Sadələşdirilmiş uçotun Qaydalarına uyğun olaraq;
2) Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun şəkildə.
Adi kommersiya təşkilatları, yəni ictimai əhəmiyyətli qurumlar və kiçik sahibkarliq subyektləri istisna olmaqla, digər kommersiya təşkilatlarının da maliyyə hesabatları öz seçimindən asılı olaraq, iki cür tərtib ediləbilər:
1) Kommersiya Təşkilatları üçün Milli Muhasibat Uçotu Standartlarına uyğun şəkildə;
2) Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun şəkildə.
Qeyri-kommersiya təşkilatları maliyyə hesabatlarının tərtib olunması qaydalarına görə iki qrupa bölünür:
1) Büdcə təşkilatları, bələdiyyə orqanları, büdcədənkənar dövlət fondları maliyyə hesabatlarını Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun tərtib edirlər;
2) Qeyrihökumət təşkilatları maliyyə hesabatlarını Qeyri-hökumət Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun tərtib edirlər.
“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun, eləcə də mühasibat uçotu və maliyyə hesabatı standartlarının yuxarıda göstərilən tələblərinə əsasən Azərbaycan Respublikasının təsərrüfat subyektlərində maliyyə hesabatının tam məcmusu aşağıdakılardan ibarətdir:
1. Mühasibat balansı;
2. Mənfəət və zərərlər haqqında hesabat;
3. Kapitalda dəyişikliklər haqqında hesabat;
4. Pul vəsaitlərinin hərəkəti haqqında hesabat;
5. Uçot siyasəti və izahlı qeydlər.
Azərbaycan Respublikasının Nazirlər Kabineti 27 may 2010-cu ildə “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi, hesabat dövrləri və dərc edilməsi qaydalarının təsdiq edilməsi” haqqında 97 saylı Qərar qəbul etmişdir. Bu Qərarda maliyyə hesabatının yuxarıda göstərilən tərkibi bir daha öz əksini tapmışdır. Kommersiya təşkilatları üçün MMUS yalnız kommersiya təşkilatlarının maliyyə hesabatına tətbiq edilir. Ümumiyyətlə, maliyyə hesabatının hər bir tərkib hissəsi dəqiq müəyyən edilməlidir.

Yüklə 499,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin