Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Texniki Universiteti



Yüklə 499,5 Kb.
səhifə10/11
tarix29.08.2022
ölçüsü499,5 Kb.
#117651
1   2   3   4   5   6   7   8   9   10   11
Maliyye hesabatlari

NƏTİCƏ


Maliyyə hesabatı doldurulan zaman hər hansı bir səhvə yol vermək olmaz. Konkret olaraq, yol verilən bir səhvi düzəltmək olmaz. “Mühasibat uçotu” haqqında Qanunda dəqiqləşdirilmiş maliyyə hesabatının təqdim olunması imkanları nəzərdə tutulmur (vergi hesabatlarından başqa). Cari dövrün təsərrüfat əməliyyatlarının düzgün əks etdirilməsi aşkarlandığı hallarda hesabat dövrünün sonunadək mühasibat uçotunun müvafiq hesablarında əlavə müxabirləşmələr tərtib etməklə düzəlişlər aparıla bilər. Hesabat ili başa çatdıqdan sonra əgər illik maliyyə hesabatı hələ təsdiq olunmamışdırsa, düzəlişlər dekabr ayının mühasibat müxabirləşmələrində həyata keçirilir. Bu düzəlişlər müvafiq ünvanlara təqdim olunur. Əgər, ötən ilin təsərrüfat əməliyyatlarında yol verilən səhvlər cari ildə müəyyənləşdirilmişdirsə, onda hər hansı bir düzəlişin aparılmasına yol verilmir.
Mühasibat balansının mahiyyəti onun təyinatında təzahür edir:
balans mühasibat uçotu metodunun tərkib hissəsi olunub, onun bir elementidir;
mühasibat balansı dövri və illik maliyyə hesabatının formalarından biridir.
Balans necə bir hesabat forması kimi ayrıca cədvəldən ibarətdir. Müəssisənin mülkiyyətində olan eyni vəsait məbləğləri öz əksini həm aktivdə, həm də passivdə tapır. Aktiv və passivin müasir məzmunu informasiyaları onun istifadəçilərinə, hər şeydən əvvəl, kənar istifadəçilərə ötürülməsinə istinad edir. Məhz bu amilə görə, balans maddələri özünün çox yüksək analitikliyi ilə seçilir. Daha konkret desək, müasir balans debitor və kreditor borclarının vəziyyətini, xüsusi kapitalın, cari xərclər, yaxud təşkilatın mənfəəti hesabına yaradılan ehtiyatların müxtəlif növlərinin mahiyyətini açıqlayır. Əslində mühasibat balansı informasiyalar mənbəyidir. Bu informasiyalar əsasında iqtisadi subyektin maliyyə-təsərrüfat fəaliyyətinə obyektiv qiymət vermək heç bir çətinlik yaratmır. Buna görə də mühasibat hesabatı formaları içərisində balans birinci yeri tutur. Onun göstəricilərini mühasibat hesabatının digər formalarının göstəriciləri ilə əlaqələndirmək mümkündür. Balansda verilən informasiyaları dərk etmək üçün təkcə onun strukturu haqqında deyil, eyni zamanda müxtəlif göstəricilərin məntiqi və spesifik qarşılıqlı əlaqələrini bilmək çox vacibdir
Beləliklə, bütün hallarda yol verilən səhvlər həmin dövrdə düzəldilməlidir, ötən tarixlə düzəliş aparmaq olmaz. Mühasibat uçotunda səhvlərin müstəqil sürətdə aşkarlanması və düzəldilməsinə görə təşkilatın baş mühasibinə cərimə qoyulmur.


Yüklə 499,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin