Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Texniki Universiteti



Yüklə 499,5 Kb.
səhifə4/11
tarix29.08.2022
ölçüsü499,5 Kb.
#117651
1   2   3   4   5   6   7   8   9   10   11
Maliyye hesabatlari

Maliyyə hesabatının mahiyyəti

Maliyyə hesabatı təşkilatın təsərrüfat proseslərinin dərk olunmasının başlıca informasiya mənbəyidir. Mühasibat uçotu təşkilatın təsərrüfatmaliyyə proseslərinin maliyyə hesabatının tələblərinə uyğun işlənməsində özünəməxsus üsullardan istifadə edir və bu üsullar uçotun digər növlərində tətbiq olunmur. Mühasibat uçotunda təsərrüfat faktlarının qeydə alınmasının və ümumiləşdirilməsinin məntiqi davamı öz əksini maliyyə hesabatında tapır. Uçot informasiyalarının işlənilməsinin və maliyyə hesabatının göstəricilərinin formalaşması məntiqinin dərk olunması, bütövlükdə maliyyə və idarəetmə qərarlarının qəbulu üçün çox mühüm şərtdir. Müxtəlif ölkələrdə maliyyə hesabatları bütövlükdə eyni mahiyyət kəsb etsə də onların tərtib olunma qaydası müxtəlifdir. Bəzi ölkələrdə hesabatın tərtib olunma qaydası və prinsipləri, burada uçot informasiyalarının açıqlanması qanunvericilik səviyyəsində tənzimlənir. Digər ölkələrdə isə bu məsələ ilə bilavasitə hesabatı tərtib edənlər məşğul olurlar. Buna görə də iqtisadi fəaliyyət subyektləri tərəfindən tərtib olunan hesabatlar həm özünün xarici görüşünə, həm də daxili məzmununa görə fərqli ola bilər.


Mühasibat uçotu və hesabatın milli sistemlərinin harmonizasiyası üçün bir sıra ölkələrdə onların Beynəlxalq Standartlara uyğunlaşdırılması istiqamətində çox böyük işlər görülmüşdür. Şübhə yoxdur ki, hesabatın tərtibinə xaotik yanaşma iləmüqaisədə onların harmonizasiyası, bəzən də standartlaşdırılması biznes üçün əlverişli şərait yaradır. Mühasibat uçotunun son məhsulu dedikdə, maliyyə hesabatı başa düşülür. 2005-2008-ci illər ərzində Respublika Maliyyə Nazirliyi kommersiya təşkilatları üçün 37, büdcə təşkilatları üçün 24 və qeyri- hökumət təşkilatları üçün 1 Milli Mühasibat Uçotu Standartları hazırlamışdır. Həmin standartlar respublikanın uçot və hesabat praktikasında 2008-ci ildən etibarən tətbiq olunmağa başlanılmışdır. Maraqlı istifadəçilərin ümumi ehtiyaclarını ödəmək üçün mühasibat uçotunda aşağıdakı informasiyalar formalaşır:
 Təsərrüfat subyektinin maliyyə vəziyyəti haqqında informasiyalar;
 Təsərrüfat subyektinin maliyyə nəticələri haqqında informasiyalar;
 Təsərrüfat subyektinin maliyyə vəziyyətində dəyişikliklər, yaxud pul vəsaitlərinin hərəkəti haqqında informasiyalar.
Məlum olduğu kimi, təşkilatın maliyyə vəziyyəti haqqında informasiyalar əsasən mühasibat balansı şəklində, maliyyə nəticələri haqqında informasiyalar mənfəət və zərərlər haqqında hesabat şəklində, maliyyə vəziyyətindəki dəyişikliklər haqqında informasiyalar isə pul vəsaitlərinin hərəkəti haqqında hesabat şəklində formalaşdırılır.

Yüklə 499,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin