Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Texniki Universiteti


Maliyyə hesabatının təqdim olunduğu ünvanlar və müddətləri



Yüklə 499,5 Kb.
səhifə9/11
tarix29.08.2022
ölçüsü499,5 Kb.
#117651
1   2   3   4   5   6   7   8   9   10   11
Maliyye hesabatlari

Maliyyə hesabatının təqdim olunduğu ünvanlar və müddətləri

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü ildə qəbul edilmiş Qanunun 8-ci maddəsinə uyğun olaraq, bütün ictimai əhəmiyyətli qurumlar özlərinin maliyyə hesabatını yalnız MHBS əsasında tərtib etməlidirlər. Kiçik sahibkarlıq subyektləri sadələşdirilmiş uçot qaydalarına uyğun olaraq maliyyə hesabatları tərtib edə bilərlər. İctimai əhəmiyyətli qurumlar və kiçik sahibkarlıq subyektləri istisna olmaqla kommersiya təşkilatları maliyyə hesabatını tərtib edən zaman MMUS-i əsas götürməlidirlər (Qanunun 10-cu maddəsi). Kommersiya təşkilatları öz seçimlərindən asılı olaraq, maliyyə hesabatını MHBS əsasında tərtib etmək hüququna da malikdirlər (Qanun 10.1.2.-ci maddəsi).


İctimai əhəmiyyətli qurumlar və kiçik sahibkarlıq subyektləri istisna olmaqla, bir və ya daha çox törəmə cəmiyyətlərinə malik olan kommersiya təşkilatları birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatının müvafiq meyar göstəricilərini (illik gəlir, işçilərin orta sayı, balansın yekun məbləği) əsas götürməklə, MHBS əsasında tərtib edə bilərlər (Qanunun 10.2.-ci maddəsi).
Kommersiya təşkilatlarının illik maliyyə hesabatları üçün aşağıdakı hesabat dövrləri müəyyən edilir:
İl ərzində oktyabr ayının 1-dək yeni yaradılan mühasibat uçotunun subyektləri üçün birinci hesabat dövrü onların qeydiyyata alındığı tarixdən
dekabr ayının 31-i də daxil olmaqla;
Oktyabr ayının 1-dən sonra yeni yaradılmış mühasibat uçotunun subyektləri üçün isə birinci hesabat dövrü onların qeydə alındığı tarixdən növbəti ilin dekabr ayının 31-i də daxil olmaqla;
Digər mühasibat uçotunun subyektləri üçün hesabat dövrü yanvar ayının 1-dən dekabr ayının 31-i də daxil olmaqla (Qanunun 11.0.1, 11.0.2 və 11.0.3 maddələri).
Kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dövlət orqanlarına qanunvericilik aktları ilə müəyyən olunmuş hallarda, qaydada və müddətlərdə təqdim edirlər. İctimai əhəmiyyətli qurumların illik və konsolidə edilən maliyyə hesabatları qanunvericilikdə müəyyən edilmiş hallarda auditor rəyi ilə birlikdə mətbu orqanda dərc olunmalıdır (Qanunun 12.3.2 maddəsi). Bələdiyyə orqanları, büdcə təşkilatları və büdcədənkənar dövlət fondları maliyyə hesabatlarını büdcə təşkilatları üçün MMUS-ə uyğun tərtib edirlər. Qeyri-hökumət təşkilatları tələb olunan maliyyə hesabatlarını Qeyrihökumət təşkilatları üçün MMUS-ə uyğun olaraq hazırlayırlar. Büdcə təşkilatları və büdcədənkənar dövlət fondlarının maliyyə hesabatlarının təqdim edilməsi, hesabat dövrləri və dərc edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir. Bələdiyyə orqanlarının maliyyə hesabatlarının təqdim edilməsi, hesabat dövrləri və dərc edilməsi qaydaları bələdiyyə tərəfindən tənzimlənir.
İlkin uçot sənədlərinin, mühasibat uçotu registrlərinin və digər uçot və hesabat sənədlərinin məzmunu kommersiya sirridir. Bununla yanaşı, dövlət orqanlarının qanunla müəyyən edilmiş hallarda və qaydada mühasibat uçotu və hesabat sənədləri ilə tanış olmaq hüququ vardır. İctimai əhəmiyyətli qurumların siyahısı icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir və zərurət yarandıqda bu siyahıya əlavələr və dəyişikliklər edilir. Müəssisə illik maliyyə və konsolidə edilmiş maliyyə hesabatlarını hesabat dövrünün sonunda müvafiq olaraq 4 ay və 6 ay müddətində təqdim etməlidir. Maliyyə hesabatının hazırlanması, təqdim edilməsi və dərc edilməsinə müəssisənin direktorlar şurası və ya digər idarəetmə orqanı, belə bir qurum olmadığı halda isə müəssisənin rəhbəri cavabdehdir.

Yüklə 499,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin