2. Molekulyar hərəkətin kinematik təsviri. Molekul və atom. Molekulların ölçüləri və kütləsi, onların qiymətləndirilməsi. Atom radiusu. İon radiusu. Koordinasiya ədədi. Molekullararası qarşılıqlı təsirin xüsusiyyətləri. Qazlarda, mayelərdə və bərk cisimlərdə istilik hərəkətinin xarakteri. Toqquşma və ya səpilmə. Effektiv kəsik, effektiv diametr və effektiv radius. Molekulların toqquşmalarının orta sayı. Molekulların sərbəst yolunun orta uzunluğu və orta qaçış müddəti.
3. Molekulların potensial və kinetik enerjiyə görə paylanması. Broun hərəkəti. Fluktasiya. Broun hərəkətinin nəzəriyyəsi. Eynşteyn-Smoluxovski tənliyi. Fırlanma Broun hərəkəti. Atmosfer təzyiqinin hündürlüyə görə paylanması. Barometrik düstur. Bolsman paylanması. Molekulların sürətlərə görə paylanması. Paylanma funksiyası və onun təhlili. Sürətlərin komponentlərə görə paylanması. Molekulların sürətlərin qiymətlərinə görə paylanması. Maksvell paylanması. Ən ehtimallı, orta və orta kvadratik sürət.