8. Sulu məhlullarda struktur xüsusiyyətlərinin tədqiqi. Su molekulunun quruluşu. Suda hidrogen rabitəsi. Suyun quruluşu haqqında müasir təsəvvürlər. Suyun fiziki xassələri. Suyun strukturunun müasir modelləri. Qeyri üzvi və üzvi maddələrin sulu məhlullarında struktur xüsusiyyətlərinin tədqiqi. Özlü axının aktivləşmə parametrləri və sulu məhlullarda struktur xüsusiyyətləri. Suyun və suda həllolan maddənin parsial molyar həcmi və sulu məhlullarda struktur xüsusiyyətləri. Məhlulun struktur temperaturu və sulu məhlullarda struktur xüsusiyyətləri. Su molekulları arasındakı hidrogen rabitəsinin enerjisinin İQ-spektroskopiya metodu ilə təyini. Sulu məhlullarda elektrik keçiriciliyi. İonların yürüklüyü. Xüsusi, molyar və ion elektrik keçiricilikləri. Mayelərdə ion elektrik keçiriciliyinin Frenkel və Eyrinq nəzəriyyələri. Kolrauş qanunu. Elektrik keçiriciliyi və yükün daşınması. Valden qanunu. Elektrik keçiricilik və ionların qarşılıqlı təsiri. İon elektrik keçiriciliyinin aktivləşmə parametrləri: ion elektrik keçiriciliyinin aktivləşmə Gibbs enerjisi, aktivləşmə entalpiyası və aktivləşmə entropiyası. İon elektrik keçiriciliyinin aktivləşmə parametrləri və sulu məhlullarda struktur xüsusiyyətləri. Hidratlaşma. Hidratlaşma ədədinin təyini.