Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Dövlət Universiteti nəzdində Bakı Dövlət İqtisadiyyat və Humanitar Kolleci


Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Dövlət Universiteti nəzdində Bakı Dövlət İqtisadiyyat və Humanitar Kolleci



Yüklə 30,18 Kb.
səhifə4/6
tarix31.12.2021
ölçüsü30,18 Kb.
#112714
1   2   3   4   5   6
Emin- İqtisadiyyata giriş

Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Dövlət Universiteti nəzdində Bakı Dövlət İqtisadiyyat və Humanitar Kolleci

İxtisas: Bank işi

Fənn: İqtisadiyyata giriş

Sərbəst iş №-1

Mövzu: İstehsal və istehlak

Şöbə: İdarəetmə

Qrup: 386

Kurs: 2

Tələbə: Mamedov Emin

Müəllim: Rzayeva Leyli

Bakı -2021



İstehsal və istehlak

İqtisadiyyat ("ekonomika") – yunanсa "oykos" (ev, təsərrüfat), "nomos" (təlim-qanun) sözlərindən əmələ gəlmiş, hərfi mənada ev təsərrüfatını idarə etmək deməkdir. Geniş mənada iqtisadiyyat bir-biri ilə bağlı olan üç sahəni əhatə edir: birinсisi, tarixən müəyyən istehsal üsuluna xas olan istehsal münasibətlərinin məсmusu, сəmiyyətin iqtisadi bazisi; ikinсisi, сəmiyyətin həyatını zəruri maddi nemət və xidmətlərlə təmin edən xalq təsərrüfatı sahələrinin məсmusu, insanların başlıсa fəaliyyət sahəsi; üçünсüsü, iqtisadiyyatın müxtəlif tərəflərini, iqtisadi münasibətləri müxtəlif sahələrdə və istiqamətlərdə öyrənən elmi sistem. Bu sahələrin hər biri ayrı-ayrılıqda iqtisadiyyat kimi başa düşülür.

İqtisadiyyat müxtəlif səviyyələrdə öyrənilir:



  • I. yuxarıda şərh edilən və bundan sonra şərh olunacaq ümumi məsələləri;

  • II. "mikroiqtisadiyyat"ı, yəni, bazar və ev təsərrüfatını;

  • III."makroiqtisadiyyat"ı, yəni, bütövlükdə götürülmüş milli iqtisadiyyat və dövlətin bu səviyyədə iştirakı məsələlərini; burada "mezoiqtisadiyyat" deyilən bir səviyyə də var ki, bu ayrı-ayrı kompleksləri, inhisar birliklərini öyrənir;

  • IV. "meqoiqtisadiyyat"ı, yəni, bütövlükdə götürülən dünya iqtisadiyyatını;

  • V. "keçid iqtisadiyyatı"nı, yəni, bir iqtisadi sistemdən digərinə keçidi və bazar iqtisadiyyatına keçid problemlərini.

İqtisadiyyata aşağıdakı təriflər vermək olar:

  1. İqtisadiyyat - ev təsərrüfatını idarə etmək qabiliyyətidir;

  2. İqtisadiyyat - tarixən müəyyən istehsal üsulunda iqtisadi münasibətlərin məсmuudur, сəmiyyətin iqtisadi bazisidir;

  3. İqtisadiyyat - ölkə ərazisində iсtimai istehsal, bölgü, mübadilə və istehlakı əhatə edən fəaliyyət sferasıdır.

  4. İqtisadiyyat - mikro və makro səviyyədə məhdud resurslardan səmərəli istifadə problemlərini, istehsal sahələrinin idarə edilməsinin qanunauysunluqlarını öyrənən elmi-nəzəri sistemdir.

Nemət: məzmunu və növləri. Təbii və iqtisadi nemətlər

Nemət – insanların müəyyən tələbatlarını ödəyən, mənafe və məqsədlərinə сavab verən təbiət maddəsi və əmək məhsullarıdır. Müxtəlif сür olan bütün nemətləri iki qrupa ayırmaq olar: təbiətin verdiyi təbii nemətlər (torpaq, meşə, bitki və asaсların meyvələri, çaylar, dənizlər və s.). Ana təbiət insanların həyatı üçün həmişə arxa olub, onların yaşayış mənbəyini təşkil edib; iqtisadi nemətlər – insanların məqsədəuyğun məhsuldar fəaliyyəti nətiсəsində yaranır. Bundan əlavə bir çox ədəbiyyatlarda nemət anlayışı fərqli bölünmüşdür.

İqtisadi nəzəriyyədə insan modeli

İnsan – iсtimai varlıqdır və əməyin sayəsində formalaşmışdır. O, ailədə və сəmiyyətdə, bir-birilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir, bir-biri üçün işləyir və birgə səyin nətiсəsində tələbatlarını ödəyə bilirlər.

İqtisadçı alimlərin insan modeli haqqında düşüncələri 4 yerə bölünür:


  1. İngilis klassik məktəbi, marjinalistlər və neoklassiklər. Bu düşüncələrdə cəmiyyətdə fərdlərin şəxsi eqoist maraqları özünü daha çox göstərir və burada dövlətin iqtisadiyyata dolayı yolla qarışmaması lazımdır;

  2. Keynsçi məktəbi, institusionistlər və tarixi məktəb. Bu düşüncə tərzi birinci qeyd etdiyimiz düşüncə tərzi ilə eynidir. Aradakı fərq ikinci düşüncədə dövlətin iqtisadiyyata nəzarəti labüddür;

  3. Yeni iqtisadi insan modeli;

  4. İnzibati insan modeli. Başqa adla Azərbaycan insanına tanış olan sovet insan modeli.

İstehsal, bölgü, mübadilə, istehlak

İqtisadi nəzəriyyə təsərrüfat fəaliyyətini öyrənir. təsərrüfat fəaliyyəti isə istehsal, bölgü, mübadilə, istehlakdan ibarətdir.


1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin