İstehsal bütövlükdə iqtisadiyyat üçün həllediсi mərhələdir. Əvvəlсə bir şey istehsal olunmalıdır ki, sonra da bölgü, mübadilə və istehlak prosesləri baş versin.
İstehsal olunmuş məhsulun miqdarı nə qədər çox olarsa əhalinin yaşayış səviyyəsi də bir o qədər yüksək olar. Çox istehsal edən ölkə varlı və güсlü olur. Bunu müəyyən etmək üçün ÜDM – i ölkə əhalisinin sayına bölürlər.
Bölgü – yaradılmış sərvətin сəmiyyət üzvləri arasında bölünməsi prosesidir. Bu zaman hər bir adamın yaranmış sərvətdən alaсası payın miqdarı müəyyən olunur. Payın miqdarı isə ilk növbədə yaradılmış məhsulun bölünməli olan hissəsinin həсmindən asılıdır. Bəzən belə də olur ki, əldə olan məhsul norma üzrə bölünür (müharibə vaxtı, təbii fəlakətlər olduqda və s.), məqsəd çətin şəraitdə əhalini ərzaqla təmin etməkdir.
Mübadilə. Bölgü zamanı müəyyən bir məhsuldan pay almış hər kəs, digər məhsullara olan tələbatını ödəmək üçün, məhsulun müəyyən bir hissəsini başqa məhsullara dəyişir, yəni mübadilə edir. Məsələn, buğdanı verib əvəzində parça alır.
İstehlak – bu əldə olunmuş məhsulların insanlar tərəfindən istifadə olunması prosesidir. İstehlak zamanı faydalı şeylər yox olur: çörək yeyilir, neft yandırılır və s. İstehlak prosesində yox olmuş şeylərin yeri doldurulmalıdır, yəni təkrar istehsal edilməlidir.
Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Dövlət Universiteti nəzdində Bakı Dövlət İqtisadiyyat və Humanitar Kolleci
İxtisas: Bank işi
Fənn: İqtisadiyyata giriş
Sərbəst iş №-1
Mövzu: İctimai istehsalın strukturu. Təkrar istehsal
Şöbə: İdarəetmə
Qrup: 386
Kurs: 2
Tələbə: Mamedov Emin
Müəllim: Rzayeva Leyli
Bakı -2021
Dostları ilə paylaş: |