Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Dövlət Universiteti



Yüklə 188 Kb.
səhifə7/11
tarix01.01.2022
ölçüsü188 Kb.
#103219
1   2   3   4   5   6   7   8   9   10   11
Xarici siyasət. XX əsrin əvvəllərində ölkənin beynəlxalq nüfuzunun artması. Müstəmləkə işğallarının genişləndirilməsi cəhdləri. Koreya və Mancuriyada iqtisadi və siyasi mövqeyin
gücləndirilməsi istiqamətində tədbirlər. «Cənubi Mancuriya Dəmir Yolu» konserni. XIX əsrin sonlarında (1894-1896) xarici dövlətlərlə imzalanmış müqavilələrin ləğv edilməsi istiqamətində həyata keçirilən tədbirlər.

Koreya məsələsi – xarici siyasətdə əsas istiqamətlərdən biri kimi. 1909-cu il Tokio memorandumu. İto Hirobuminin öldürülməsi və Yaponiyanın Koreyada fəaliyyətinin canlanması. 1910-cu il 22 avqust müqaviləsi və Koreyanın ilhaq edilməsi.

Çinlə münasibətlərin normallaşdırılması cəhdləri. 1905-ci il Pekin müqaviləsi.

ABŞ-la münasibətləri gərginləşdirən səbəblər. 1905-ci il Katsura-Harriman, 1908-ci il Rut-Takahira sazişləri. ABŞ-ın

«açıq qapı» prinsiplərinin həyata keçirilməsi istiqamətində fəaliyyəti və Yaponiya.

Böyük Britaniya ilə Çində nüfuz dairələrini genişləndirmək uğrunda mübarizənin genişlənməsi. 1911-ci il yeni ittifaq müqaviləsi.

Rusiya ilə münasibətlərdə baş verən dəyişikliklər. 1907-ci il İzvolski-Motono sazişi (Peterburq siyasi konvensiyası). Balıqçılığa dair 1907-ci il rus-yapon sazişi. 1910-cu il müqaviləsi.

Fransa ilə Uzaq Şərq siyasətində razılaşmalar. 1907-ci il Paris sazişi.



Yaponiya Birinci Dünya müharibəsi illərində. Birinci Dünya müharibəsinin başlanması. Yaponiyanın müharibəyə qoşulması və Çinə qoşun çıxarması. Yapon ordusunun əldə etdiyi uğurlar, Uzaq Şərqdə və Sakit okeanda alman mülklərinin ələ keçirilməsi. Antanta dövlətlərinin Yaponiyanı Avropa cəbhəsinə cəlb etmək cəhdləri. Yaponiyanın Antantanın London Bəyannaməsinə qoşulması.

Müharibənin ilk dövründə Yaponiya-Çin münasibətləri. Yaponiyanın Çinə «21 tələb»i və onun mahiyyəti. 1915-ci ilin əvvəllərində Yaponiya-Çin danışıqları. «21 tələb»in Çin tərəfindən qəbul edilməsi. 25 may 1915-ci il Yaponiya - Çin müqaviləsi.

Müharibə illərində siyasi partiyaların hakimiyyət uğrunda mübarizəsi. Okuma və Terauti kabinetləri.

Birinci Dünya müharibəsinin Yaponiya iqtisadiyyatına təsiri. İnhisarların rolunun güclənməsi. Uzaq Şərq limanlarında Avropa dövlətləri və ABŞ-la rəqabətdə Yaponiyanın üstünlük əldə etməsi. Gəmiçiliyin genişlənməsi. Xarici sifarişlərin artması.

Sənayeyə kapital qoyuluşunun artması. Toxuculuq sənayesinin inkişaf etməsi.

Birinci Dünya müharibəsi illərində fəhlə və kəndlilərin vəziyyəti. Sosial ziddiyyətlərin fəhlələrin çıxışlarında təcəssümü. «Düyü qiyamları».

Yaponiya - ABŞ münasibətləri. 1917-ci il 2 noyabr Lansinq-İşii sazişi.

Yaponiya - Rusiya münasibətləri. 1916-cı il 3 iyul Yaponiya – Rusiya müqaviləsi. Vladivostokda Yaponiya-Rusiya qarşıdurması.

1918-ci ildə Yaponiya-Çin münasibətləri.

XVII - XX əsrin əvvəllərində Yaponiya mədəniyyəti. Yeni dövrdə Yaponiya mədəniyyətinin inkişafının əsas xüsusiyyətləri. Meyci inqilabına qədərki mədəniyyət.

Din. Konfusiyaçılıq. Yamaqa Soko və onun millətçilik ideyaları. İctimai fikrin inkişafı. Şinqaku və Kokuqaku təlimləri. Hirata Asurane və onun «Qiymətli tellər» əsəri.

Elm. Tarixçi Nakuseki Arai.

Ədəbiyyat. İhara Saykaku. Masuo Basyo, Moucaemon Tikamasu.

Memarlıq və heykəltaraşlıq. XVII əsrdən başlayaraq memarlıq və şəhərsalmanın inkişafı. Kiotoda Katsura sarayının tikilməsi. Ağacişləmə. Ustalar Enku və Mokuşiki. Daşişləmə. Xalq heykəltaraşlığı.

Tətbiqi sənət və rəssamlıq. Saxsı (boyalı) qablar istehsalının genişlənməsi. Usta Ninsey. Büllur qablar istehsalı. Şəkilli kimonolar istehsalı. XVII əsrdən başlayaraq rəssamlıqda üç istiqamətin inkişafı: Çin, Yaponiya və Avropa üslublarını özündə əks etdirən istiqamətlər. Oqata Korin. «Ukiyo-e» janrının meydana gəlməsi. Hişikava Moqonobu və Sucuki Narunobu. Peyzaj janrı. Kasuşiko Hokusay.

Teatr. Kabuki, Yose və Şoruri teatrlarının yaranması. Takemoto Giday.


Yüklə 188 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin