Proqram «Optika və molekulyar fizika» kafedrasında bəyənilib.
Kafedra müdiri prof. R.C. Qasımova « » 2016-cı il
Fizika Fakültəsinin Tədris-Metodiki Şürası tərəfindən tövsiyə edilib.
Sədr prof. Ə.Ş. Abdinov « » 2016-cı il
Fizika Fakültəsinin Elmi Şurasında təsdiq olunub.
Elmi katib prof. R.C. Qasımova« » 2016-cı il
Bakı-2016
Fənnin tədrisində məqsəd "Molekulyar fizikanın müasir problemləri" fənninin tədrisində məqsəd tələbələri molekulyar fizikanın müasir problemləri barədə məlumatlandırmaq, kifayyət qədər ümumi xarakterli biliklərlə mənimsətmək və bu problemlərin həlli ilə bağlı düzğün mühakimə yürütmək vərdişinə yiyələndirməkdir.
Fənnin tədris planındakı yeri «Molekulyar fizika» fənni «Fizik» ixtisası üzrə bakalavr hazırlığnın tədris planında ixtisasın peşə hazırlığının fənləri qrupuna (İPFS-B08) daxildir.
Fənnin tədrisi üsulları: Mühazirə, məşğələ, laboratoriya işləri, kurs işləri, fərdi işlər və kollokvumlar
Fənnin məzmunu 1. Giriş. Molekulyar fizikanın müasir problemləri fənninin mövzusu.
2. Molekulyar hərəkətin kinematik təsviri. Molekul və atom. Molekulların ölçüləri və kütləsi, onların qiymətləndirilməsi. Atom radiusu. İon radiusu. Koordinasiya ədədi. Molekullararası qarşılıqlı təsirin xüsusiyyətləri. Qazlarda, mayelərdə və bərk cisimlərdə istilik hərəkətinin xarakteri. Toqquşma və ya səpilmə. Effektiv kəsik, effektiv diametr və effektiv radius. Molekulların toqquşmalarının orta sayı. Molekulların sərbəst yolunun orta uzunluğu və orta qaçış müddəti.
3. Molekulların potensial və kinetik enerjiyə görə paylanması. Broun hərəkəti. Fluktasiya. Broun hərəkətinin nəzəriyyəsi. Eynşteyn-Smoluxovski tənliyi. Fırlanma Broun hərəkəti. Atmosfer təzyiqinin hündürlüyə görə paylanması. Barometrik düstur. Atmosferi təşkil edən hava molekullarının konsentrasiyasının hündürlüyə görə paylanması. Bolsman paylanması. Molekulların sürətlərə görə paylanması. Paylanma funksiyası və onun təhlili. Sürətlərin komponentlərə görə paylanması. Molekulların sürətlərin qiymətlərinə görə paylanması. Maksvell paylanması. İmpulsa və kinetik enerjiyə görə paylanma. Ən ehtimallı, orta və orta kvadratik sürət.
4. Termodinamikanın qanunları. Termodinamikada sistem anlayışı. Açıq sistem, qapalı sistem və izolə edilmiş sistem. Proses. Relaksasiya və relaksasiya müddəti. Temperatur və termodinamik tarazlıq. Termodinamikanın birinci qanunu. Termodinamik funksyalar. Gibbs enerjisi, Helimhols enerjisi, entalpiya, entropiya, kimyəvi potensial. İstilik tutumu. Xüsusi və molyar istilik tutumları. Sabit təzyiqdə və sabit həcmdə istilik tutumları. Enerjinin sərbəstlik dərəcələrinə görə bərabər paylanması qanunu. Termodinamikanın ikinci qanunu. Entropiya. Entropiyanın xassələri. Sistemin makro- və mikrohalları. Makrohalın ehtimalı və onun hesablanması. Entropiya və termodinamik ehtimal. Bolsman düsturu. Termodinamikanın üçüncü qanunu. Nernst teoremi. İzotermik sıxılma, izobar genişlənmə, adiabat sıxılma və təzyiqin termik əmsalları.
5. Molekulun quruluşu. Molekulun fırlanma, rəqsi və elektron spektrləri. Adiabatik yaxınlaşma. Molekulun elektron enerjisinin nüvələrarası məsafələrdən asılılığı. Birelektronlu kimyəvi rabitə. ionu. Qaytler-London metodu. molekulu. Kimyəvi rabitələr. Kovalent rabitə. İon rabitəsi. Donor-akseptor rabitəsi. Hidrogen rabitəsi. Metallik rabitə. Molekullar arasında qarşılıqlı təsir qüvvələri. Van-der-Vaals qarşılıqlı təsiri. Dispersiya, oryentasiya və induksiya qarşılıqlı təsiri. Ani dipol. İnduksiyalanmış dipol. Molekullararası qarşılıqlı təsirin enerjisi. Lennard-Cons potensialı. Kimyəvi rabitələrin istiqamətlənməsi. Atom orbitallarının hibridləşməsi. Hibridləşmə nəzəriyyəsi. -, - və -hibridləşmə. , və rabitələr. Bir-, iki- və üçqat rabitələr. Konformasiya analizi. Kimyəvi rabitələrin uzunluğu. Valent bucaqları. Kimyəvi rabitənin möhkəmliyi. Qeyri-polyar və polyar molekullar. Molekulun dipol momenti. Molekulun dipol momentinin təcrübədə təyini.
7. Məhlullar. Məhlullar haqqında anlayış. Kompanent və faza. Məhlullarda qarşılıqlı təsirlər. Məhlulun konsentrasiyası. Kütlə payı, molyar, molyal və molyar hissə konsentrasiyaları. Çox komponentli sistemlərdə məhlulların hazırlanması. Müxtəlif ifadə olunmuş konsentrasiyalar arasında keçid əlaqələri. Konsentrasiyanın müxtəlif ifadə olunma formalarına görə məhlulun molyar kütləsinin təyini. Maye məhlullar. Sulu məhlullar. Duru və qatı məhlullar. Həll olma. Həll olma istiliyi. Məhlul üzərindəki doymuş buxar təzyiqi. Raul qanunu. Henri qanunu. Osmos hadisəsi. Osmotik təzyiq. Vant Hoff qanunu. Parsial molyar həcm.
8. Sulu məhlullarda struktur xüsusiyyətlərinin tədqiqi.Su molekulunun quruluşu. Suda hidrogen rabitəsi. Suyun quruluşu haqqında müasir təsəvvürlər. Suyun fiziki xassələri. Suyun anomal xassələri. Suyun strukturunun müasir modelləri. Qeyri üzvi və üzvi maddələrin sulu məhlullarında struktur xüsusiyyətlərinin tədqiqi. Özlü axının aktivləşmə parametrləri və sulu məhlullarda struktur xüsusiyyətləri. Suyun və suda həllolan maddənin parsial molyar həcmi və sulu məhlullarda struktur xüsusiyyətləri. Məhlulun struktur temperaturu və sulu məhlullarda struktur xüsusiyyətləri. Su molekulları arasındakı hidrogen rabitəsinin enerjisinin İQ-spektroskopiya metodu ilə təyini. Sulu məhlullarda elektrik keçiriciliyi. İonların yürüklüyü. Xüsusi, molyar və ion elektrik keçiricilikləri. Mayelərdə ion elektrik keçiriciliyinin Frenkel və Eyrinq nəzəriyyələri. Kolrauş qanunu. Elektrik keçiriciliyi və yükün daşınması. Valden qanunu. Elektrik keçiricilik və ionların qarşılıqlı təsiri. İon elektrik keçiriciliyinin aktivləşmə parametrləri: ion elektrik keçiriciliyinin aktivləşmə Gibbs enerjisi, aktivləşmə entalpiyası və aktivləşmə entropiyası. İon elektrik keçiriciliyinin aktivləşmə parametrləri və sulu məhlullarda struktur xüsusiyyətləri. Hidratlaşma. Hidratlaşma ədədinin təyini.
9. Polimer məhlulları. Polimerlər haqqında anlayış. Təbii və süni polimerlər. Makromolekul. Xətti, şaxəli və üç ölçülü tor quruluşlu polimerlər. Sopolimerlər. Polimerləşmə dərəcəsi. Polimerin molekul kütləsinin təyini. Polimer məhlulları. Polimer məhlullarının özlülüyü. Duru polimer məhlullarının özlülüyü. Mütləq, nisbi, məxsusi, gətirilmiş və xarakteristik özlülüklər. Polimerin molekul kütləsinin gətirilmiş və xarakteristik özlülüyə təsiri. Gətirilmiş özlülüyün konsentrasiyadan asılılığı. Haggins sabiti. Məhlulda polimerin konformasiyası. Mark-Kun-Xauvinq düsturu. Xarakteristik özlülüyə həlledicinin keyfiyyətinin təsiri. Temperaturun xarakteristik özlülüyə təsiri. Polimer gellərin təsnifatı. Gelin reoloji xassələri. Gelin tətbiq sahələri.
10. Maye kristallar. Maye kristallar. Maye kristalların növləri. Nematiklər, xolostriklər, smektiklər. Maye kristalların xassələri: optik, dielektrik, elektro-optik. Maye kristalların tətbiqləri. Displey texnologiyası, modulyator.
11. Nanotexnologiya. Nanotexnologiya haqqında məlumat. Nanohissəciklər. Nanohissəciklərin alınması və təsnifatı. Nanoborular. Nanostrukturlar. Nanokompozitlər. Nanokristallar. Nanotexnologiyada istifadə olunan cihazlar. Atom-güc mikroskopu. Nanotexnologiyanın tətbiqləri.
12. Biomolekullar. Biomolekulların əsas xassələri. Biopolimerlər. Bioloji aktiv yüksəkmolekullu birləşmələr. Zülallar və nukluen turşuları. Zülal molekullarının ikinci, üçüncü və dördüncü quruluşları. Zülalların fəza quruluşu və yerinə yetirdikləri funksyalar arasında əlaqələr. Nuklein turşuları genetik məlumatı saxlayır və ötürür. DNT və RNT-nin quruluş və xüsusiyyətləri.
13. Biopolimerlər. Biopolimerlər-polişəkərlər və lipidlər. Monoşəkərlər-şəkər molekullarının quruluş vahidləridir. Şəkərlərin əsas fiziki xassələri. Mono-, di- və polişəkərlər canlı orqanizmin əsas enerji mənbələridir. Yağ turşuları lipid molekullarının quruluş komponentləridir. Sadə və mürəkkəb lipidlər. Bioloji membranın quruluşu. Lipid molekullarının funksyaları.
14. Biomolekulların təcrübi tədqiqat üsulları.Biomolekulların quruluşunu öyrənən fiziki-kimyəvi metodların ümumi xassələri. Biomolekulların quruluşunu öyrənən infraqırmızı spektroskopiya, dairəvi dixroizm, optik fırlanma dispersiyası, nüvə maqnit rezonans, rentgen analiz və digər təcrübi spektroskopik təhlil üsulları.
15. Biomolekulların quruluşunu öyrənən nəzəri üsullar.Biomolekulların quruluşunu öyrənən nəzəri üsullar. Kompyuter modelləşmə üsulu və molekulyar mexanika üsulu. Zülalların konformasiya dinamikasını tədqiq edən nəzəri üsullar. Molekullarda qeyri-valent, elektrostatik, torsion qarşılıqlı təsirləri və hidrogen rabitəsinin enerjisinin hesablanması.
Əsas ədəbiyyat
Qocayev N.M. Ümumi fizika kursu, II cild, (Molekulyar fizika), Çaşıoğlu, 2008, 432 s.