Niyə Verilənlər strukturuna ehtiyacımız var? Verilənlər strukturuna ehtiyacımız var, çünki onlardan istifadənin bir neçə üstünlükləri var, onlardan bəziləri aşağıdakılardır:
1. Məlumatların təşkili: Xüsusi məlumatlara ehtiyac duyduğumuz zaman səmərəli əldə edilə bilməsi üçün məlumatların düzgün qurulması lazımdır. Verilənlər strukturu məlumatların təşkili üçün müxtəlif yollar təqdim edir, buna görə məlumatları tələbata əsasən müxtəlif verilənlər strukturlarında saxlamaq imkanlarımız var.
2. Səmərəlilik: Məlumatları təşkil etməyimizin əsas səbəbi səmərəliliyi artırmaqdır. Məlumatları massivlərdə saxlaya bilərik, onda niyə Linked lists (əlaqəli siyahılar) və digər verilənlər strukturu lazımdır? massivlərdə əlavə, yeniləmə və silmək kimi bir neçə əməliyyat aparmalı olduğumuzda bəzi digər verilənlər strukturlarına nisbətən massivlərdə daha çox vaxt tələb olunur. Beləliklə, digər verilənlər strukturlarına maraq göstərməyimiz, səmərəliliklə əlaqədardır.
Verilənlər strukturları ilk növbədə iki hissəyə bölünür: Sadə (Primitive) verilənlər strukturları
Sadə verilənlər strukturları, sistem tərəfindən məlumatların əvvəlcədən müəyyən edilmiş şəkildə saxlanılması üsullarıdır. Bu məlumatlar üzərində edilə biləcək əməliyyatlar dəsti də əvvəlcədən müəyyən edilmişdir. Char, int, float, double, sadə verilənlər strukturlarına nümunədir.
Mürəkkəb verilənlər strukturları Sadə verilənlər strukturlarından istifadə etməklə hazırlanan məlumat strukturlarına mürəkkəb verilənlər strukturları deyilir. Məlumat toplusunu saxlamaq üçün istifadə olunur. İki hissəyə bölmək olar:
1.Xətti verilənlər strukturu 2.Qeyri-xətti verilənlər strukturu