Azərbaycan Respublikası Təhsil Nazirliyi Gəncə şəhəri
səhifə 1/2 tarix 10.01.2022 ölçüsü 84 Kb. #109707 növü Dərs
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Gəncə şəhəri
C.Cabbarlı adına 6 №-li orta məktəb
Cəbr
Açıq dərsin icmalı
Direktor: Abbasova V.N
Fənn müəllimi: Məmmədova D.
Gəncə-2013
Tarix:
Sinif: 7
Mövzu: Tənliklər sisteminin toplama üsulu ilə həlli
Məqsəd:
1. Birdərəcəli ikiməchullu tənliklər sistemini həll etmək üçün, digr həllər çoxluğuna malik olan, tənliklərin birində dəyişənlərdən birinin əmsalının “0” olan sistemlə əvəz edilməsini , alınmış yeni sistemin tənliklərini tərəf-tərəfə toplamaqla, alınan birdəyişənli tənliyin kökünün tapılmasını, bu kökün sistemin tənliklərinin birində yerinə yazmaqla digər dəyişənin qiymətinin tapılmasının öyrənilməsinə nail olmmaq
2.Müxtəlif iş formalarından istifadə etməklə fəallıq yaratmaq , adaptasiya qabiliyyətini inkişaf etdirmək, müsəqil tədqiqat aparmaq, fikrini müstəqil çatdırmaq, diyyatın və qabiliyyətin inkişafına zəmin yaratmaq , müüəllim şagird əməkdaşlığına nail olmaq
Dərsin xarakteri: Öyrədici, tərbiyə edici , inkişafetdirici
Dərsin növü: Deduktiv
Üsul: Əqli hücum və disskusiya
Forma: Böyük qruplarla iş
İnteqrasiya olunan fənn: Biologiya, Fizika
Ləvazimat: Komputerlər , proyektor, iş vərəqləri
Dərsin gedişi:
Motivasiya:(problemin qoyulması)
Həyətddə toyuqlar və dovşanlar qaçır.Onların birlidə 35 başı və 94 ayağı var.Həyədə neçə dovşan var?
Bu məsələni necə həll etmək olar7
Şagirdlər bu məsələnin həlli haqqında fikirləri söyləyirlər.
Bu məsələni ikidəyişənli xətti tənliklər sistminin köməyilə həll etmək olar.
Tədqiqat sualı:
Ikidəyişənli xətti tənlilər sisteminin hansı həll üsullarını tanıyırsiniz, əlverirşli olan hansıdır?
Şagirdlər əvəzetmə üsulundan istifadə edirlər.
Dovşanların sayı x, Toyuqların sayı y olsun
Tədqiqatın aparılması:
Şagirdlər qruplara bölünürlər və qrup adları haqqında məlumat verirlər.Qruplara tapşırıqlar verilir.
İnformasiya mübadiləsi:
Tapşırıqların cavabı lövhədən asılır və qrup üzvlərinin izahları dinlənilir. Tənliklər sisteminin həlli üsullaı haqqında sual –cavab aparıram.
!) Tənliyin qrafiki nəyə deyilir?
2)Xətti funksiyanın qrafiki nədir?
3) Tənliklər sistemini əvəzetmə üsulu ilə həll etmək üçün nə etmək lazımdır?
Hər qrupa tapşırıq verilir.
4) Tənliklər sisteminin həlli nəyə deyilir.
İnformasiyanın müzakirəsi:
Şagirdlərə belə bir məsələ həll etmək tapşırılır.
Məsələ:
Motorlu qayıq 75 km məsafəni çayın axını ilə 3 saata, axına qarşı 5 saata qətt etdi. Çayın vvə motorlu qayığın axma sürətini tapın.
Həlli:
Bu sstemi daha əverişli olan toplama üsulu ilə həll etdik.
Tənliklər sistemini toplama üsulu ilə həll etmək üçün
1)Dəyişənlərdən birinin əmsalını əks ədədlər halına salmaq
2) Tənlikləri tərəf tərəfə toplamaq
3) Dəyişənlərin birinə nəzərən alınan birdəyişənli tənliyin kökünü tapmaq
4) Bu kökü verilmiş sistemin tənliklərindən birinə həmin dəyişənin yerinə yazmaqla digər dəişənin qiyməti tapılır.
Yaradıcı tətbiqetmə:
Qruplara tapşırıqlar verilir.Həllin gedişini löhədə izləmələrini tapşırıram.
Dostları ilə paylaş: