Azərbaycan Respublikası Təhsil Nazirliyi İlk peşə-ixtisas təhsili müəssisəsi



Yüklə 28,37 Kb.
tarix27.06.2018
ölçüsü28,37 Kb.
#55034
növüDərs

Azərbaycan Respublikası

Təhsil Nazirliyi

İlk peşə-ixtisas təhsili müəssisəsi

Qəbələ Peşə məktəbi


İstehsalat təlimi dərsinin

metodiki işlənməsi

Peşə: Bitkiçilik mütəxəssisi

Mövzu: Mineral gübrələr və onlardan istifadə qaydaları

image result for gübrələr

Qəbələ Peşə məktəbi

İstehsalat təlimi və ixtisas fənləri üzrə Təsdiq edirəm:

metodiki komissiyada baxılmışdır. Tİİ üzrə direktor

Komissiyanın sədri _______________ Müavini _____________

___ _________________ 2017-cı il __________________2017ci il

Fəal təlim metodu ilə

keçirilən istehsalat təlimi

dərsinin planı

Peşə: Bitkiçilik mütəxəssisi

Hazırladı: Turanə Çələbizadə

Qəbələ Peşə məktəbinin müəllimi

Dərsin planı

Dərsin texnoloji xəritəsi

Dərsin mövzusu

Mineral gübrələr və onlardan istifadə qaydaları

Peşə-kurs

Bitkiçilik mütəxəssisi – I kurs

Dərsin məqsədi

  • Sadə və mineral gübrələr haqqında biliklərin möhkəmləndirilməsi

  • Mineral gübrələrin əhəmiyyəti,keyfiyyət göstəriciləri,onların təyini üzrə praktik vərdişlərə yiyələnməsi

  • Gübrələrdən istifadə qaydaları və onların verilmə müddətinin təyin edilməsi

  • Mineral gübrə normasının hesablanması bacarığının inkişaf etdirilməsi

  • Əyani vəsaitlərdən istifadə etməklə şagirdlərdə təfəkkür fəaliyyətinin fəallaşdırılması




Fənlərarası inteqrasiya

Kimyəvi əsaslar

İş metodu

Qruplarla iş


Tədris resursları

Dərsin icmalı, komputer, proyektor, dərsə aid təqdimat, şəkillər


Dərsin təchizatı

Müxtəlif mineral gübrələrdən nümunələr, distillə suyu, sınaq şüşələri, şüşə stəkanlar, elektron pH metr cihazı, elektron tərəzi,vegetasiya qabları, qeydiyyat üçün kağız və qələm

Dərsin gedişi:

  1. Dərsin təşkili – 15 dəq

  • Qrupun dərsə hazırlığı, şagirdlərin dərsə davamiyyəti yoxlanılır;

  • Motivasiya : Müxtəlif mineral gübrələr iş masasının üzərində yerləşdirilir və şagirdlərə sualla müraciət edilərək fikirləri dinlənilir.c:\users\tural\desktop\new folder\20161222_112906.jpg

c:\users\tural\desktop\new folder\20161222_112841.jpg

  1. Giriş təlimatı – 30 dəq

  • Şagirdlərin mövzu üzrə biliklərinin fəallaşdırılması və möhkəmləndirilməsi: sadə və mürəkkəb mineral gübrələr haqqında suallar verilir, mineral gübrələrə misal göstərilir, formulları lövhədə qeyd olunur, şagirdlər dərsin məqsədinin reallaşdırılması vasitələri ilə tanış edilir.

  • Şagirdlər dərsin məqsədinin reallaşdırılması vasitələri ilə tanış olurlar, suallara cavab verirlər.



  1. Cari təlimat və müstəqil iş – 3 saat

  • Təhlükəsizlik qaydaları üzrə təlimat keçirilir, şagirdlər üç qrupa bölünür, hər bir qrupa gübrələrlə bağlı müxtəlif tapşırıqlar verilir.

  • I qrup: NPK tərkibli mürəkkəb mineral gübrə götürün (nitrofoska= N 16%, P 16%, K 16%).Həmin gübrədən 4-5 q 1litr suya töküb maye gübrə hazırlayın.

  • II qrup: Hər hansı bir sadə azotlu mineral gübrə məhlulunu hazırlayın və vegetasiya qablarında və ya dibçəkdə əkilmiş bir bitkini həmin gübrə ilə gübrələyin (hazır məhluldan 200-250ml=1stəkan kökdən sulama ilə)

  • III qrup: Gübrə normasının hazırlanması ilə bağlı məsələ: Fərz edək ki, hektara 150 kq təsiredici maddə hesabi ilə fosfor verilməsi nəzərdə tutulmuşdur. Bu norma üzrə torpağı 48%-li ikiqat superfosfat gübrəsi ilə gübrələsək, fiziki çəkidə nə qədər gübrə lazımdır?

    • Qruplar müstəqil olaraq işin yerinə yetirilməsinə başlayırlar.

    • Hər bir qrupun iş yerinə baxış keçirilir, qrup nümayəndələrinin ayrı-ayrılıqda işə münasibəti və bacarığı müşahidə olunur.

    • Hər bir qrup tapşırığı müstəqil olaraq yerinə yetirir.



  1. Yekun təlimat – 20 dəq

  • Dərsin yekunu: hər qrup öz gördüyü işləri təqdim edir, buraxılmış səhvlər araşdırılır və şagirdlərin bacarıqları qiymətləndirilir;

  • Şagirdlər qrup halında səmərəli işləməyi öyrənirlər;

  • Ev tapşırığı: “Mineral gübrələrin istifadəsinə qoyulan ekoloji tələblər” mövzusunu təkrar etmək.



  1. Yaradıcı - tətbiq etmə -5dəq

Hər bir şagird iş vərəqində “Bu gün nə öyrəndim?” sualını cavablandırır.

  1. Qiymətləndirmə - 2 dəq

Qiymətləndirmə müəllimin hazırladığı aşağıdakı cədvəl üzrə aparılır.

Qruplar

Meyarlar



I qrup

II qrup

III qrup

1. Tapşırığa verilən cavabın doğruluğu










2. Qrupun fəallığı











3. Qrupda əməkdaşlıq











4. Nəticələrin təqdimatı











Dərsin icmalı:

Mineral gübrələr

Məhsuldarlığı yüksəltmək üçün tərkibində bitkilərə lazım olan qida elementləri olan duzlara mineral gübrələr deyilir. Mineral gübrələr, əsasən, sadə və mürəkkəb gübrələrə bölünür.

Sadə mineral gübrələr tərkibində azot, fosfor və kalium kimi qida maddələrindən biri olan gübrələrə deyilir. Əsas sadə azotlu mineral gübrələrə ammonium şorası, ammonium-sulfat, natrium və kalsium şoraları, sidik cövhəri və ammonyaklı su daхildir. Fosforlu gübrələrdən ən geniş tətbiq edilənləri aşağıdakılardır: superfosfat, ikiqat superfosfat, fosforit unu və tomasşlak.

Əkinçilikdə ən çoх tətbiq edilən kaliumlu gübrələrdən aşağıdakıları göstərmək olar: kalium-хlorid, kalium-sulfat, kalium duzu, kalium-maqnezium-sulfat, silvinit və kül.

Mürəkkəb gübrələrə tərkibində bitkilərə mütləq lazım olan iki və ya üç qida maddəsi olan kimyəvi birləşmələr aid edilir.Məsələn; ammonium-hidrofosfat (ammofos), kalium şorası, kalium-ammonium fosfat, ammonyaklaşdırılmış superfosfat, Nitrofoska və s.

Mineral gübrələrin verilmə üsulları

Verilmə vaxtına görə gübrələr səpindən əvvəl (əsas gübrələmə), səpin vaxtı və səpindən sonra (əlavə gübrələmə) verilir.



Mineral gübrələr payızda və erkən yazda şum altına verilirsə, əsas gübrələmə, vegetasiya dövründə kiçik dozalarla verilirsə, əlavə gübrələmə (yemləmə) adlanır.

Əməyin mühafizəsi və texniki təhlükəsizlik haqqında

təlimat

  • mineral gübrələrin müxtəlif növlərinin və formalarının qarışdırılmasına yol verilməməlidir

  • gübrələr və əhəng materialı ilə işləməyə 18 yaşdan yuxarı şəxslərə icazə verilir.

  • ammonium şorası saxlanılan yerdə siqaret çəkmək, açıq alovdan,qızdırıcı cihazlardan istifadə etmək olmaz;

Yüklə 28,37 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin