Qrupun dərsə hazırlığı, şagirdlərin dərsə davamiyyəti yoxlanılır;
M otivasiya : Müxtəlif mineral gübrələr iş masasının üzərində yerləşdirilir və şagirdlərə sualla müraciət edilərək fikirləri dinlənilir.
Giriş təlimatı – 30 dəq
Şagirdlərin mövzu üzrə biliklərinin fəallaşdırılması və möhkəmləndirilməsi: sadə və mürəkkəb mineral gübrələr haqqında suallar verilir, mineral gübrələrə misal göstərilir, formulları lövhədə qeyd olunur, şagirdlər dərsin məqsədinin reallaşdırılması vasitələri ilə tanış edilir.
Şagirdlər dərsin məqsədinin reallaşdırılması vasitələri ilə tanış olurlar, suallara cavab verirlər.