Benzonasosun təmirinin səbəbləri aşağıdakılar ola bilər:
-
mühərrik işə düşmür;
-
mühərrik lazımi gücü əldə edə bilmir;
-
korpusundan benzin axır;
-
korroziya;
-
incə təmizləmə filtrinin çirklənməsi;
-
benzonasosun detallarının nasazlığı və s.
Təmirdən əvvəl hazırlıq işləri:
-
iş yerini hazırlamaq;
-
təmir üçün alətlərin əldə edilməsi və sazlığının yoxlanması;
-
benzonasosun təmiri üçün lazımi mümkün ehtiyat hissələrin olması;
Benzonasosun mühərrik üzərindən çıxarılması və sökülməsi:
-
kapotu açmaq;
-
otvertkanın köməyi ilə xomutları boşaltmaq;
-
benzin şlanqlarını stuserdən çıxarmaq- bu zaman benzin mühərrikin üzərinə tökülməməli;
-
qayka açarı ilə benzonasosun mühərrikə bərkidilməsini boşaltmaq;
-
benzonasosu şpilkalardan çıxarmaq;
-
ara qatını və istilik izoləedici araqatını çıxarmaq;
Benzonasosun mühərrikə bağlanması əks qaydada yerinə yetirilir.
Benzonasosun sökülmə və yığılma qaydası:
-
benzonasosdan yanacağın qalığını şlanq vasitəsi ilə kanistrə boşaltmaq;
-
nasosu verstak üzərində bərkitmək;
-
qapağı açmaq;
-
filtri çıxarmaq;
-
səliqə ilə klapanlı baçlığı çıxarmaq;
-
membranı çıxarmaq
-
membranın yayını çıxarmaq;
-
sorucu və qovucu klapanları çıxarmaq;
-
membranı ştokdan çıxarmaq;
10.dəstəyi çıxarmaq;
11.əl ilə çəkmə dəstəyini çıxarmaq.
Benzonasosun yığılması əks qaydada aparılır.
Təmirçi-çilingər avtomobil və kənd təsərrüfatı texnikasının texniki xidməti və təmiri üzrə zəruri biliklərə və praktik bacarıqlara malik olmalıdır.
Bu dərsimizdə biz sizinlə benzonasosun sökülməsi və yığılması qaydalarını öyrənəcəyik.
Benzonasosun sökülməsi və yığılması qaydalarını kompyuterin köməyi ilə izləmək (kompyuterdə video izləmək).
Əməyin mühafizəsi və texniki təhlükəsizlik haqqında
Təlimat
-
alətləri istifadə üçün rahat olan qaydada yerləşdirin;
-
sökülmüş detalları stolun və ya verstakın üzərinə sökülmə sırası ilə düzün;
-
saz alətlərdən təyinatı üzrə istifadə edin;
-
nasaz alətlərdən istifadə etməyin;
-
işə başlamazdan əvvəl iş paltarı və əlcək geyinin;
-
stend üzərində mühərrikin möhkəm bağlandığını yoxlayın;
-
istehsalat təlim ustasının icazəsi ilə mühərrik və detalları döndərmək və ağır hissələri çıxararmaq və s.
Keçirilmiş materialın ümumləşdirilməsi üçün suallar:
benzonasosun vəzifəsi;
benzonasosun intiqalı;
əl ilə çəkmə dəstəyinin vəzifəsi;
diafraqmanın dəstəyinin vəzifəsi;
diafraqmanın vəzifəsi;
filtrin vəzifəsi və s.
İstifadə edilmiş ədəbiyyat
1. V.A. Skotnikovun redaksiyası ilə “Traktorlar və avtomobillər” rus dilində “Kolos” nəşriyyatı 1985
2. B.M. Qelman, M.V. Moskvin “Kənd təsərrüfatı traktorları” 1978
3. Ə.Ə. Səmədov “Avtomobil çilingəri”, Bakı, “Şərq-Qərb” Nəşriyyat evi, 2011
4. E.S. Cəfərov və başqaları “Təmirçi çilingər” Bakı, İndigo mətbəəsi, 2012
Dostları ilə paylaş: |