Azərbaycan Respublikası
Təhsil Nazirliyi
İlk peşə-ixtisas təhsili müəssisəsi
Qəbələ Peşə məktəbi
Modul üzrə
istehsalat təlimi dərsinin
təşkili
Peşə: Bitkiçilik mütəxəssisi
Modulun adı: Gübrələmə
Mövzu: Mineral gübrələr və onlardan istifadə qaydaları
Dərsin planı
Dərsin texnoloji xəritəsi
Dərsin mövzusu
|
Mineral gübrələr və onlardan istifadə qaydaları
|
Peşə-kurs
|
Bitkiçilik mütəxəssisi – I kurs
|
Dərsin məqsədi
| -
Sadə və mineral gübrələr haqqında biliklərin möhkəmləndirilməsi
-
Mineral gübrələrin əhəmiyyəti,keyfiyyət göstəriciləri,onların təyini üzrə praktik vərdişlərə yiyələnməsi
-
Gübrələrdən istifadə qaydaları və onların verilmə müddətinin təyin edilməsi
-
Mineral gübrə normasının hesablanması bacarığının inkişaf etdirilməsi
-
Əyani vəsaitlərdən istifadə etməklə şagirdlərdə təfəkkür fəaliyyətinin fəallaşdırılması
|
Fənlərarası inteqrasiya
|
Kimyəvi əsaslar
|
İş metodu
|
Qruplarla iş
|
Tədris resursları
|
Dərsin icmalı, komputer, proyektor, dərsə aid təqdimat, şəkillər
|
Dərsin təchizatı
|
Müxtəlif mineral gübrələrdən nümunələr, distillə suyu, sınaq şüşələri, şüşə stəkanlar, elektron pH metr cihazı, elektron tərəzi,vegetasiya qabları, qeydiyyat üçün kağız və qələm
|
Dərsin gedişi:
-
Dərsin təşkili – 12 dəq
-
Qrupun dərsə hazırlığı, şagirdlərin dərsə davamiyyəti yoxlanılır;
-
Motivasiya : Müxtəlif mineral gübrələr iş masasının üzərində yerləşdirilir və şagirdlərə sualla müraciət edilərək fikirləri dinlənilir.
-
Giriş təlimatı – 15 dəq
-
Şagirdlərin mövzu üzrə biliklərinin fəallaşdırılması və möhkəmləndirilməsi: sadə və mürəkkəb mineral gübrələr haqqında suallar verilir, mineral gübrələrə misal göstərilir, formulları lövhədə qeyd olunur, şagirdlər dərsin məqsədinin reallaşdırılması vasitələri ilə tanış edilir.
-
Şagirdlər dərsin məqsədinin reallaşdırılması vasitələri ilə tanış olurlar, suallara cavab verirlər.
-
Cari təlimat və müstəqil iş – 2 saat
-
Təhlükəsizlik qaydaları üzrə təlimat keçirilir, şagirdlər üç qrupa bölünür, hər bir qrupa gübrələrlə bağlı müxtəlif tapşırıqlar verilir.
I qrup: NPK tərkibli mürəkkəb mineral gübrə götürün (nitrofoska= N 16%, P 16%, K 16%).Həmin gübrədən 4-5 q 1litr suya töküb maye gübrə hazırlayın.
II qrup: Hər hansı bir sadə azotlu mineral gübrə məhlulunu hazırlayın və vegetasiya qablarında və ya dibçəkdə əkilmiş bir bitkini həmin gübrə ilə gübrələyin (hazır məhluldan 200-250ml=1stəkan kökdən sulama ilə)
III qrup: Gübrə normasının hazırlanması ilə bağlı məsələ: Fərz edək ki, hektara 150 kq təsiredici maddə hesabi ilə fosfor verilməsi nəzərdə tutulmuşdur. Bu norma üzrə torpağı 48%-li ikiqat superfosfat gübrəsi ilə gübrələsək, fiziki çəkidə nə qədər gübrə lazımdır?
-
Qruplar müstəqil olaraq işin yerinə yetirilməsinə başlayırlar.
-
Hər bir qrupun iş yerinə baxış keçirilir, qrup nümayəndələrinin ayrı-ayrılıqda işə münasibəti və bacarığı müşahidə olunur.
-
Hər bir qrup tapşırığı müstəqil olaraq yerinə yetirir.
-
Yekun təlimat – 20 dəq
-
Dərsin yekunu: hər qrup öz gördüyü işləri təqdim edir, buraxılmış səhvlər araşdırılır və şagirdlərin bacarıqları qiymətləndirilir;
-
Şagirdlər qrup halında səmərəli işləməyi öyrənirlər;
-
Ev tapşırığı: “Mineral gübrələrin istifadəsinə qoyulan ekoloji tələblər” mövzusunu təkrar etmək.
-
Yaradıcı - tətbiq etmə -5dəq
Hər bir şagird iş vərəqində “Bu gün nə öyrəndim?” sualını cavablandırır.
-
Qiymətləndirmə - 3 dəq
Qiymətləndirmə müəllimin hazırladığı aşağıdakı cədvəl üzrə aparılır.
-
Qruplar
Meyarlar
|
I qrup
|
II qrup
|
III qrup
|
1. Tapşırığa verilən cavabın doğruluğu
|
|
|
|
2. Qrupun fəallığı
|
|
|
|
3. Qrupda əməkdaşlıq
|
|
|
|
4. Nəticələrin təqdimatı
|
|
|
|
Hazırladı: Turanə Çələbizadə
Qəbələ Peşə məktəbinin müəllimi
Dərsin icmalı:
Mineral gübrələr
Məhsuldarlığı yüksəltmək üçün tərkibində bitkilərə lazım olan qida elementləri olan duzlara mineral gübrələr deyilir. Mineral gübrələr, əsasən, sadə və mürəkkəb gübrələrə bölünür.
Sadə mineral gübrələr tərkibində azot, fosfor və kalium kimi qida maddələrindən biri olan gübrələrə deyilir. Əsas sadə azotlu mineral gübrələrə ammonium şorası, ammonium-sulfat, natrium və kalsium şoraları, sidik cövhəri və ammonyaklı su daхildir. Fosforlu gübrələrdən ən geniş tətbiq edilənləri aşağıdakılardır: superfosfat, ikiqat superfosfat, fosforit unu və tomasşlak.
Əkinçilikdə ən çoх tətbiq edilən kaliumlu gübrələrdən aşağıdakıları göstərmək olar: kalium-хlorid, kalium-sulfat, kalium duzu, kalium-maqnezium-sulfat, silvinit və kül.
Mürəkkəb gübrələrə tərkibində bitkilərə mütləq lazım olan iki və ya üç qida maddəsi olan kimyəvi birləşmələr aid edilir.Məsələn; ammonium-hidrofosfat (ammofos), kalium şorası, kalium-ammonium fosfat, ammonyaklaşdırılmış superfosfat, Nitrofoska və s.
Mineral gübrələrin verilmə üsulları
Verilmə vaxtına görə gübrələr səpindən əvvəl (əsas gübrələmə), səpin vaxtı və səpindən sonra (əlavə gübrələmə) verilir.
Mineral gübrələr payızda və erkən yazda şum altına verilirsə, əsas gübrələmə, vegetasiya dövründə kiçik dozalarla verilirsə, əlavə gübrələmə (yemləmə) adlanır.
Əməyin mühafizəsi və texniki təhlükəsizlik haqqında
təlimat
-
mineral gübrələrin müxtəlif növlərinin və formalarının qarışdırılmasına yol verilməməlidir
-
gübrələr və əhəng materialı ilə işləməyə 18 yaşdan yuxarı şəxslərə icazə verilir.
-
ammonium şorası saxlanılan yerdə siqaret çəkmək, açıq alovdan,qızdırıcı cihazlardan istifadə etmək olmaz;
Dostları ilə paylaş: |