Sümük xaricdən sümüküstlüyü təbəqəsi ilə örtülüdür (oynaqların qığırdaqlı səthi istisna olmaqla). Bu nazik təbəqə sıx birləşdirici toxumadan ibarətdir. Qan damarları və sinirlərlə zəngindir. Daxili səthində cavan heyvanlarda sümüyün inkişafında və ya sümük sınığı zamanı vacib rol oynayan sümük yaradıcı hüceyrələr vardır. Sümüküstlüyünün qan damarları sümüyü qida maddələri ilə, sinirlər isə sümüklərin hissiyyatını, qanın damarlarda axınını və maddələr mübadiləsinin tənzimlənməsini təmin edir.